Samsung Galaxy Note 10-nun möhtəşəm özəlliklərinin nümayişinə az qaldı

  • 11 İyul 2019
  • 95

Samsung ailəsinin yeni üzvü Galaxy Note 10 dörd müxtəlif model ilə gəlir. Bu cihazlardan ikisi 5G dəstəkli olmaqla daxili yaddaş və RAM xüsusiyyətlərinə ciddi şəkildə fərqlənəcək.

Chip.az bildirir ki,Samsung Galaxy S10 ailəsi ilə sektorda nöbəti dəfə özünü təsdiqləyən şirkət bu dəfə diqqətləri yeni məhsulu olan Galaxy Note10-a yönəldəcək. Galaxy S10-nun bir çox xüsusiyyətlərini özündə əks etdirəcək olan bu model bir çox yenilikləri və inkişaf etdirilmiş funksiyaları ilə istehlakçıya istifadə rahatlığı təqdim edəcək.

Belə ki, hər zaman olduğu kimi təqdimatdan öncə sızdırılan məlumatlar cihaz haqqında öncədən informasiya əldə etməyimizə yardımçı olur. Məlumatlardan biri 20 Vt-a qədər sürətli şarj yükləmə imkanına sahib olması ilə bağlıdır. Digər bir informasiya isə Galaxy Note10-nun ToF sensor ilə gələcək olmasıdır.

Samsung Galaxy Note10

Təqdim olunma tarixi və öncədən mətbuatda yayımlanan fotoşəkillərlə yanaşı, Galaxy Note10-nun 6.28 düym 6.75 düym olmaqla iki fərqli özəlliklərlə təchiz oluna biləcəyi bildirilir. 

Bundan başqa Galaxy Note10 smartfonunun 5G imkanı iki ölçüdə və üç fərqli variantda təqdim olunacaq. Bu variantların hər birinə uyğun 3 müxtəlif daxili yaddaş: 256 GB, 512 GB 1 TB təqdim ediləcək. 1 TB daxili saxlama seçimi 12 GB RAM ilə eynilləşdiriləcək.

Samsung Galaxy Note10 smartfonunun 5G-də ciddi daxili yaddaşa malik olmasına baxmayaraq standart Galaxy Note10-nun 128 GB-dan başlayacağı gözlənilir.

Qeyd edək ki, 5G texnologiyası ilə yanaşı Galaxy Note 10-nun istifadəçilərinə bir çox yüksək keyfiyyətli xidmət göstərməsinə yardımçı xüsusiyyətləri ilə təqdim edilməsinə bir aydan az müddət qalıb. Cihazın 7 Avqust 2019-cu il tarixində keçirəcəyi təqdimatla Samsung-un bu günə qədərki ən qabaqcıl texnologiyasına şahid olacağıq. Həmçinin, Galaxy Fold-un da Galaxy Note10-nun təqdimat günündə nümayiş etdirilməsi gözlənir.

Samsung Galaxy Note10 təqdimatındakı bütün xəbərləri operativ şəkildə əldə edə bilmək üçün bizi izləməyə davam edin.

Sevinc Baba-zad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır