Yeni 4 kameralı Huawei smartfonu haqqında məlumatlar yayımlandı

  • 11 İyul 2019
  • 191

Çin təşkilatı TENAA tərəfindən yeni Huawei telefonu haqqında önəmli detallar ortaya çıxdı. Hələ adı məlum olmayan dörd kameralı yeni Huawei telefonunun xüsusiyyətləri sertifikasiya hesabatları ilə dəqiqləşdirildi!

Chip.az xəbər verir ki, Çin təşkilatı TENAA, Nova ailəsinin yeni üzvü və ya Mate 30 Lite olduğu düşünülən SPN-AL00 və SPN-TL00 modellərini daşıyan yeni bir Huawei ağıllı telefonunu təsdiqləyib. Cihazın görüntüsü olmasa da əhəmiyyətli xüsusiyyətləri demək olar ki, bəllidir. 

Telefon 6.26 düyümlük 2340 x 1080 olan IPS bir ekrana sahibdir. Həmçinin 32 meqapiksel ön kamerası olması gözlənilir. Arxa tərəfdə 8 meqapiksel, eyni zamanda 2 meqapiksellik iki sensorla təchiz olunmuş 48 meqapiksellik baş sensora malik dördlü bir kamera quraşdırılması gözlənilir.

Kirin 980 prosessoru ilə gələcək cihaz 6 GB 8 GB RAM variantlarına sahib olacaq. Bundan başqa 128 GB 256 GB yaddaşa malik olacaq cihaz microSD ilə də genişləndiriləcək. Batareya tutumunun isə 3900 mAh olması və sürətli doldurma dəstəyinə malik olması planlaşdırılır.
 
Son olaraq EMUI 9 ilə qutudan çıxması gözlənilən cihazın Midnight Black və Aurora rənglərində də istifadəçilərə təqdim edilməsi gözlənilir. 

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır