Yeni İphone 12 istehlakçını təəccübləndirəcək yeniliklərə sahib deyil

  • 11 İyul 2019
  • 180

Yeni İphone 12 haqqında məlumatların sızması telefonun bir çox "yeniliklərlə" gələcəyini desə də reallıqda bunların heç biri əslində yenilik deyil!

Chip.az xəbər verir ki, Apple-nin 2020-ci ildə  çıxacaq telefonları haqqında yayımlanan sızıntısı istehlakçını bir çox yeni funksiyaların bizi gözlədiyini deyir.

Apple-nin son illər istehsal olunan telefonları Face ID kimi bir neçə funksiyadan başqa yenilik mövzusunda öndə gəlmir. Şirkətin telefonları daha çox yüksək səviyyəli dizaynı və fəaliyyəti ilə önə çıxır. Bu il təqdim ediləcək İphone 11-in də İphone XS-dən çox da fərqli olmayacağı deyilir.

Deyilənlərə əsasən, İphone 12, 5G dəstəkli bir telefon ola bilər və ya bir 5G olan modeli ola bilər. Bu 5G-ni gözləyənləri sevindirsə də 2020-ci ilin sonlarında 5G dəstəkli telefonlar böyük ehtimalla bazarı ələ keçirmiş olacaq, yəni Apple bir az gecikmiş olacaq. Bununla yanaşı 5G-nin hazırda çox az yerdə dəstəkləndiyini və ilk gündən bir çox yerdə dəstəkləməyəcəyini də demək lazımdır. 

Məlumata görə, İphone-nun OLED ekranla gələcəyi gözlənilir.  Hazırda İphone XR-də LCD ekran istifadə edilir.

Son olaraq İphone-də məsafə ölçməyə və daha yaxşı dərinlik effekti yaratmağa kömək olan Time-of-Flight kameralarının olacağı da iddia edilir. Qeyd edək ki, bu xüsusiyyət Huawei P30 Pro və Samsung Galaxy S10 5G kimi bir neçə üst səviyyə telefonlarda var.

Nigar Həsənova
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır