İran Bitcoin istifadəsini qadağan etdi

  • 10 İyul 2019
  • 54

İran Bitcoin ilə aparılan əməliyyatları qadağan edib.

Chip.az bildirir ki, İran Mərkəzi Bankının sədr müavini Nasir Hakimi Bitcoin-in qiymət dəyişikliyi çox yüksək olduğu üçün hüquqi risklər daşıdığını söyləyib.

O, bu səbəbdən vətəndaşların bu "oyuna" girməməsini tövsiyə edib. Hakimi Bitcoin istehsalının isə hələ qadağan olunmadığını sözlərinə əlavə edib.
Malların və xarici valyutanın qaçaqmalçılığına qarşı mübarizə idarəsinin rəhbəri Əli Mueyyidi isə qərara əməl etməyənlərin ciddi cəzalar ilə qarşı-qarşıya qalacaqlarını deyib.

Qeyd edək ki, ABŞ-ın sanksiyaları səbəbindən beynəlxalq ticarətlə bağlı böyük problemlərin hökm sürdüyü İranda Bitcoin-lə edilən əməliyyatlarda artım qeydə alınıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır