Huawei-nin Hongmeng OS-u Android-in sonunu gətirəcək

  • 10 İyul 2019

ABŞ-nın (Amerika Birləşmiş Ştatları) tədqiqat şirkətinin xəbərinə görə, Hongmeng OS-un gəlişi ilə Android əməliyyat sisteminin smartfon sektorundakı üstünlüyü azalacaq. Samsung-un Hongmeng OS-u dəstəkləyəcəyi təqdirdə Android tamamilə bazardan çıxara və sonunu gətirə bilər.

Chip.az bildirir ki, Huawei, Trump administrasiyasının sanksiya qərarından sonra öz əməliyyat sistemini hazırlayacağını açıqladı. Bununla da şirkət ABŞ-a, xüsusilə də Google-a qarşı müdafiə olunmağa başladı.

Bildiyiniz kimim Google, Huawei-nin Android lisenziyasını ləğv etdiyini açıqladı. Bu da Android əməliyyat sistemi dünyanın ən böyük ikinci telefon istehsalçısı tərəfindən inkişaf etdiriləcək yeni smartfonlarında istifadə edilə bilinməyəcəyi demək idi.

Çinin texnologiya nəhəngi Huawei hələ əməliyyat sistemi ilə əlaqədar açıq bir şərh verməsə də yeni əməliyyat sisteminin Android ilə müqayisədə çox sürətli olduğunu bildirir. Həmçinin Çindəki digər telefon istehsalçıları da Hongmeng OS-u dəstəklədiklərini qeyd edirlər. Hətta ABŞ-da fəaliyyət göstərən bir araşdırma şirkəti, Hongmeng OS-un Android üçün böyük bir təhdid olduğunu açıqlayıb.

Hongmeng OS

Strategy Analytics-in son sorğusuna görə, Huawei 2019-cu ilin sonunda Çin bazarında müştərilər üçün yeni əməliyyat sistemini istifadəyə verəcək. Belə ki, Hongmeng OS, 2020-ci ilin əvvəlində Avropa bazarına təqdim olunacaq. Bundan əlavə, bu əməliyyat sistemi Android-in qlobal bazarda dominantlığını tamamilə itirməsinə səbəb olmasa da hakim mövqeyinə ciddi şəkildə təsir edəcək.

Android əməliyyat sistemi qlobal bazarda yüzdə 80-dən çox üstünlüyə sahibdir. Lakin, bu status məhz dünyanın ən böyük smartfon istehsalçısı Samsung və ikinci böyük smartfon istehsalçısı olan Huawei ilə birlikdə əməkdaşlığı əsnasında mümkün idi. Huawei-nin Hongmeng OS-u istifadəyə verməsi Android-in mövqeyinə ciddi şəkildə zərər versə də Samsung-un əməliyyat sistemində öncəliyini dəyişməsi Android-i bir sözlə taxtdan endirəcək.

Hətta bu gün də Huawei, Android əməliyyat sistemini yeni flaqman telefonlarında istifadə etmək istəyir. Bununla yanaşı, prosesin necə işləyəcəyi barədə bir şərh etmək çox çətindir. Google, qərarından dönməzsə, Huawei-nin yeni admiral gəmiləri Hongmeng OS əməliyyat sisteminə sahib olacaq ki, bu da Android-in ilk zərbəsi olacaq.

Hazırda gözlər Huawei-nin 2019-cu il avqust ayının 9-11 tarixində keçirəcəyi inkişafa istiqamətlənmiş konfransındadır. Bu konfrans, şirkətin öz əməliyyat sistemini təqdim etməsi üçün böyük bir fürsətdir və Huawei bu fürsəti ən yaxşı şəkildə dəyərləndirəcəyi məlumdur.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır