Samsung Galaxy Note 10 və Huawei P30 Pro oxşarlığı təəccüb yaradır

  • 10 İyul 2019

Samsung-un avqust ayının əvvəlində təqdim etməsi gözlənilən yeni telefonu Galaxy Note 10-un arxa tərəfinin görüntüsü Huawei P30 Pro ilə oxşarlığını ortaya qoyur.

Chip.az bildirir ki, Samsung şirkəti Galaxy Note 10-un təqdimatı üçün gün sayır.

Belə ki, şirkət ötən il olduğu kimi, Nyu-Yorkda nəhəng bir tədbir keçirəcək. Ancaq, cihazın təqdimatından öncə internetə yeni görüntülər sızıb ki, bu da bəzi şayiələrin yaranmasına səbəb olub. Çünki, Galaxy Note 10-un arxa hissəsinin fotosuna baxdığınız anda Huawei P30 Pro haqqında düşünməmək mümkün deyil.

Galaxy Note 10 Plus və  Galaxy Note 10 Pro kimi əlavə buraxılışları ilə gələn yeni Samsung Galaxy Note ailəsi söyləntilərə görə Samsung şirkətinin ən yüksək keyfiyyətdə təchiz edilmiş telefonları olacaq.

Galaxy Note 10

Galaxy Note 10 arxa hissəsi şaquli arxa kamera və girintili ekran ilə təchiz olunacaq. Ön kameraya gəldikdə isə bu kamera ekranın girintisinə yerləşdiriləcək. Lakin, bu dizayn dəyişikliyinin necə göründüyü hələki məlum deyil.

İki fərqli ölçüdə satışa buraxılacaq Samsung Galaxy Note ailəsinin cihazlarından biri normal bir tablet (telefon / tablet qarışığı), digəri isə daha kiçik ölçüdə olacaq. Ümumiyyətlə, Galaxy Note 10 seriyası dörd modeldə - iki 4G və iki 5G olmaqla təqdim ediləcək.

50W sürətli şarj texnologiyası ilə təqdim olunması gözlənilən Galaxy Note 10 hər hansı bir Samsung telefonundan daha sürətli şarj yükləyəcək. Qeyd edək ki, Galaxy S10 seriyasında 15 W şarj texnologiyasından istifadə olunub. Bu deməkdir ki, 4500 mAh batareya tutumu olan Galaxy Note 10 35 dəqiqə ərzində 0% -dən 100% -ə qədər enerji yığa biləcək.

Sevinc Baba-zadə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır