Netflix Stranger Things 3 ilə inanılmaz rekorda imza atdı!

  • 10 İyul 2019
  • 189

Netflix-in izləmə rekordunun artıq yeni bir sahibi var: Stranger Things 3-ün yeni üçüncü mövsümü yalnız 4 gün ərzində inanılmaz rekord qırdı!

Chip.az xəbər verir ki, çox da uzun olmayan bir müddət əvvəl Netflix-in orijinal filmi Bright, 11 milyon tamaşaçı kütləsi ilə  böyük səs-küy yaratmışdı. İndi isə bu rəqəm o qədər də yüksək görünmür.

Belə ki, Netflix, paylaşdığı bir tweet ilə Stranger Things 3-ün 4 iyul tarixindəki təqdimatından etibarən, dörd gün içərisində 40.7 milyon hesab tərəfindən izləndiyini bildirərək, bunun xidmət üzərində eyni müddət içərisində ən çox izlənən olduğunu dedi. Bundan başqa, bu tamaşaçıların bir çoxu da işlərinə qayıtmadan əvvəl mövsümü bitirməyə qərarlı idilər. İndidən bütün sezonu izləmiş olan 18.2 milyon insan var. Qeyd edək ki bu rəqəmi şirkət, bir izləməni bir bölümün və ya bir filmin ən az 70%-ni izləyən hər hansı bir şəxs kimi hesablayır. Lakin, tamaşaçıların yaşadıqları bölgələrə görə ətraflı məlumat açıqlanmayıb.

Serialın öncədən yaratdığı böyük həyəcanı nəzərə alsaq, bu rekord heçdə gözlənilən deyildi. Ancaq, yenə də böyük bir uğur olduğunu qeyd etmək lazımdır. Netflix, film rekordunu iyun ayında Murder Mystery-nin üç gün ərzində təxminən 30.9 milyon izləməsi ilə qırmışdı, ancaq Stranger Things 3 bu rekordu yenilədi. Xatırladaq ki, Netflix-in  Umbrella Academy layihəsi isə 45 milyon hesab tərəfindən izlənməsi üçün bir ay zaman lazım oluşdu.

Netflix, daima ən yüksəkdə olmaq üçün çalışır ki,məhz Stranger Things 3 kimi layihələr bunu sübüt edir. Həmçinin bu say, Netflix-in tamaşaçı sayının artacağını göstərir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır