IBM, "gələcəyin qatlana bilən ağıllı saatının" patentini aldı.

  • 09 İyul 2019
  • 126

Bazarın öndə gedən texnologiya firmalarından IBM, gələcəyə sərmayə mövzusunda fərqli bir yoldadır.

Chip.az xəbər verir ki, şirkət, gələcəkdə ehtimal olaraq çıxacağını düşündüyü bir ağıllı saatın patentini alıb.
IBM, bu gün mobil cihazlar adlandırdığımız ağıllı telefonlar, ağıllı saatlar, tabletlər və ya dizüstü kompüterlər istehsal etmir, ancaq şirkət, gələcəkdə həyatımıza daxil ola biləcək texnologiya fikirlərinin patentini almaqdan geri qalmır. Belə bir texnologiya hazırda olmasa da, gələcəkdə olmaması üçün bir səbəb yoxdur.

Patentdəki ağıllı saat, uzun, demək olar ki, çərçivəsiz bir ekrana sahib şəkildə təsvir edilmiş və ekranı indiki cihazların çoxundan daha genişdir. Ekranın üst tərəfində saat yer alır, həmçinin ekranda müxtəlif əməliyyatların ikonaları da var. Cihaz ekranının ən kiçik halında ekranda saat, tarix və dörd tətbiqi ikona yer alır.
 
 Ən kiçik halından  genişlənən bir ekran dizaynına malik olan bu ağıllı saat konsepsiyası, tablet böyüklüyündəki ekranı  ilə da olduqca radikal dəyişikliklər tələb edir. IBM, həmçinin burada kiçik bir saat ekranının ikiyə hətta üçə qatlana biləcəyi konfiqurasiyaları da bizlərə göstərmiş olur. 

Bu tərz bir texnoloji qurğunu yaxın zamanda görməyimiz mümkün deyil. Bu bazarın ən böyük şirkətlərindən olan Samsung və Huawei, qatlana bilən ekrana sahib ağıllı telefonlarını daha yeni bazara təqdim etməyə başlayıb və  bu avadanlıqların qiymətləri olduqca bahalı və dizayn məsələsində hələ də istifadəçilərin ağlında sual işarələri yaradır.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

BMT internet saytlarında nifrət sunamisinə son qoymağa çağırıb

2018-ci ildə antisemitizm zəminində insidentlərin sayı əvvəlki illə müqayisədə 134 faiz artıb. Bunu BMT-nin Baş Assambleyasının rəqəmsal texnologiyalar əsrində kin və ni

Prezident İlham Əliyev Huawei şirkətinin sədri ilə görüşüb

Chip.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Huawei” şirkətinin sədri Lian Xua artıq 15 ildən çoxdur Azərbaycanda uğurla fəaliyyət göstərdiklərini bildirdi

OnePlus yeni Bullets Wireless 2 qulaqlıqlarını təqdim edib

Chip.az xəbər verir ki, şirkət eyni zamanda  yeni nəsil simsiz qulaqlıqları olan “Bullets Wireless 2”ni də nümayiş etdirib.

Şotlandiyada küləkdən əldə olunan enerji ölkəni təmin edir

Şotlandiyadakı külək turbinlərinin çoxluğu məlum olsa da nə qədər elektrik istehsal edildiyi barədə dəqiq bir məlumat yox idi.