Apple-ın ilk kompüterinə aid 40 illik istifadə kitabçası təəccüblü qiymətə satışa çıxdı

  • 09 İyul 2019
  • 374

Texnologiya nəhəngi Apple, günümüzdə sektora nisbətdə bahalı, ''kolleksiya hissəsi'' qiymətində məhsullar satması ilə tanınır. Ortaya çıxan 40 illik bir Apple istifadə kitabçası satışa buraxılan qiymətlə açıq artırmaya təqdim edildi.

Chip.az xəbər verir ki, ötən il Apple-nin ilk kompüteri olan Apple 1-in 471 min dollara satışa çıxdığını görmüşdük. Yeni bir açıq hərracda isə Apple 1-in orijinal istifadə kitabçası satışa təqdim olunacaq. Hərrac sabah başa çatacaq.

İstifadə kitabçası, ilk səhifəsində kompüterin fəaliyyətlərini açıqlayan bir hissəsini də içərisində saxlayır. Materialın açıqlamasında bu ifadələr yer alır:

"Son dərəcə nadir və orijinal Apple-1 istifadə materialları, 1976-cı ildə Apple Computer Company (ACC) tərəfindən yazılıb. 12 səhifəlik 8,5x11 olan material, ön qapağında Apple-nin ortaq qurucusu Ron Ueyn tərəfindən hazırlanan orijinal loqosunu alır. Loqoda, bir ağacın altında oturarkən başı üzərində parlayan bir alma olan İsaak Nyuton yer alır".

''İstifadə materiallar sistemin necə açılacağı və işlədiləcəyi, sistem monitorunun necə istifadə ediləcəyi və Apple sisteminin necə genişləndiriləcəyinə dair məlumatlar ehtiva edir. Kitabçada eyni zamanda Stiv Wozniak-ın inkişaf etdirdiyi, 'Woz Monitor' adlı innovativ bir proqrama aid bir səhifədə yer alır. Çox yaxşı vəziyyətdə olan material, ön səhifədə klaviatura izinə bənzər bir ləkəyə sahibdir. Bundan başqa, ön qapaqda kiçik bir aşınma və ön qapağın iç hissəsində yüngül bir ləkə var".

Kolleksiyaçıların və Apple fanatlarının qaçırmaq istəməyəcəyi nadir parçanın hazırda neçəyə satılacağı və ya kimə satılacağı dəqiq deyil. Hazırda 9.500 dollar ətrafında bir etiketə satılacağı görünən kitabçaya qarşı marağın artacağı təqdirdə qiymətin 10 min dollar civarını rahatlıqla keçə biləcəyi də ehtimal edilir.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır