Elektrik enerjisi ilə işləyən avtomobillərə "SƏS" funksiyası gəlir

  • 09 İyul 2019

Elektrik enerjisi ilə işləyən avtomobillərin səssiz-səmirsiz yollarda hərəkət etdiyi günlər çox yaxında sona ərəcək! Çünki, elektrik enerjisi ilə işləyən avtomobillərə səs funksiyası əlavə olunur.

Qısaca Avropada elektrik enerjisi ilə işləyən avtomobillərdən səs eşitməyə başlasanız təəccüblənməyin.

Chip.az xəbər verir ki, 1 iyul tarixindən etibarən  Avropa İttifaqındakı yeni dörd təkərli elektrik enerjisi ilə işləyən avtomobil modellərinin 19km/h altında sürətlərdə belə səs çıxarma cihazı ilə (AVAS - Akustik Cihaz Siqnal Sistemi) təchiz olunacağı bildirilir.

Sistem, nəzəri olaraq velosipedçilərin və piyadaların səssiz rejimdə çalışan avtomobilləri eşitmələri və hazırlıqsız olmaları problemini aradan qaldıracaq. Bu səs narahat edici olmasa da özünüzü yola atmağınıza maneə olacaq qədər diqqətçəkən olacaq. Var olan seriyalar da daxil olmaqla bütün yeni elektrik enerjisi ilə işləyən avtomobillərin 2021-ci ildən  etibarən səs cihazlarına sahib olmaları təxmin edilir. 

Bu qaydalar təbii ki, hər kəsi məmnun etməyəcək. Ancaq təhlükəsizlik axtaran bir çox insan uzun müddətdir ki, elektrik enerjisi ilə işləyən avtomobillərin  səs çıxarmalarını istəyirdilər, amma,  daha səssiz küçələrə sahib olmaq istəyənlər bu qaydanı bəyənməyəcək. Lakin, təhlükəsizlik daha vacib məsələdir.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır