Apple-nin qurucusu Steve Wozniak "Facebook-u silin!" əmri verdi

  • 09 İyul 2019
  • 148

Açıqlamaları ilə zaman-zaman gündəmə gələn Apple-nin iki qurucusundan biri olan Stiv Wozniak digər təsisçi Stiv Jobs ilə birlikdə verdiyi son açıqlamada istifadəçilərin Facebook hesablarını silməsi istiqamətində müraciət etdi.

Chip.az xəbər verir ki, Wozniak, Facebook-da olan məxfilik probleminin düşünüldüyündən daha böyük olduğuna diqqət çəkərkən, istifadəçilərin belə bir təhlükəsizliyi riskə almalarının lazım olmadığını qeyd edib. "Bu an telefonumun dinlənilmədiyini kim bilə bilər ki?!" -deyən Wozniak, istifadəçilərin şəxsi həyatını qorumaq üçün Facebook hesablarını silmələri lazım olduğunu bildirib.

Wozniak-ın bu açıqlamalarının səbəbi isə 2016-ci ildə keçirilən ABŞ-da keçirilən prezident seçkiləridir. Facebookda 50 milyon istifadəçinin şəxsi məlumatlarını seçkilərə təsir göstərmək üçün istifadə etməklə günahlandırılan İngilis şirkət Kembric Analytic ilə bağlı baş verənlər Facebook-un istifadəçilərin məxfiliyini lazım olduğu kimi qorunmadığını üzə çıxardı.
 
Qeyd edək ki, Facebook, baş verən hadisədən sonra istifadəçi məlumatlarının uyğun olmayan bir şəkildə Kembric Analytica şirkəti ilə paylaşdığı qalmaqalla bağlı 87 milyona yaxın istifadəçinin təsir aldığını bildirmişdi.

Nigar Həsənova

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır