NASA-nın 1 milyard dollarlıq Dragonfly adlı dronu Saturunun ən böyük peyki Titandakı həyatı araşdıracaq.
Chip.az xəbər verir ki, NASA-nın bu vəzifə üçün inkişaf etdirdiyi Dragonfly dronu, nüvə itələmə gücünə malikdir.
NASA-nın yeni vəzifəsi Saturnun ən böyük peyki olan Titana insan olmadan bir kosmos gəmisi göndərmək və yadplanetli yaşayışının sübutu üçün araşdırma aparmaqdır. Milyard dollarlıq bu layihə, NASA mühəndislərinə daha öncə yaşamadıqları çətinliklər yaşadacaq.
Titan bir peyk olsa da daha çox Yer kürəsi kimi görünür və hərəkət edir. Bu səbəbdən NASA xüsusi bir kosmos vasitəsi inkişaf etdirib. Nüvə itələmə gücünə malik olan Dragonfly dronu, tam olaraq 1 milyard dolara başa gəlib. Bir vertolyot formatında hazırlanan Dragonfly, enişlər arasında qısa uçuşlar həyata keçirə bilir.
Titandakı orta temperatur dərəcəsi -179 selsi dərəcə olduğundan Dragonfly xüsusi bir istilik sisteminə malikdir. Dragonfly-ın vəzifələri; temperaturu, iqlimi, ərazinin şəkillərini, geoloji fəallıqları, suyun olub-olmadığını, peykdə karbon olub-olmadığını və digər potensial həyat formalarını araşdırmaqdır.
Əgər hər şey planlaşdırıldığı kimi davam edərsə, Dragonfly-ın vəzifəsini tamamlaması tam olaraq 2,5 il zaman alacaq və 175 kilometrdən artıq məsafə qət edəcək. Bu da təqribən bütün Marsı araşdırmaq üçün göndərilən kosmik gəmilərin qət etdiyi məsafənin 2 qatı deməkdir.
Dragonfly yeni yaşam forması tapa bilməsə belə, Titanda araşdırılmalı bir çox elmi maddə var. Elm adamlarına görə Titan, Dünyanın ilk hallarına çox bənzəyir.
Nigar Həsənova