BMW və Mercedes avtomobil sektorunda birlikdə çalışmağa qərar verib. Almaniyanın iki nəhəng şirkəti tərəfindən istehsal olunan nəqliyyat vasitələri 5 il ərzində asfaltların tozunu alacaq.
Chip.az xəbər verir ki, avtomobil sektorunun gələcəyi barədə hər firmanın təxmini hardasa eynidir: elektrikli və avtonom avtomobillər bazarı eyni vaxtda ələ keçirəcək. Bu səbəbdən böyük istehsalçılar indidən özlərini yeni bazara hazırlayırlar. Həmin şirkətlərdən olan BMW və Mercedes bu məqsədlə yeni bir əməkdaşlığa hazırlaşır.
Belə ki, iki şirkət 1200 nəqliyyat mütəxəssisindən ibarət bir komanda yaradacaq. Qarşılıqlı olaraq əməkdaşlıq edəcək komandalar BMW-nin Münhendəki şəhərciyində və Daimlərin (Mercedesin baş firması) iki avtomobil mərkəzində çalışacaqlar. Qrup, ''sensorlar və birgə məlumat toplanması üçün idarəetmə və işləmə'' vəzifələrində çalışacaq.
BMW, 2021-ci ildə 3-cü səviyyə avtomobil istehsal etməyi qarşısına məqsəd qoyarkən; Daimler de Bosch ilə birlikdə bu il pilot proqramına start verəcək.
Qeyd edək ki, BMW və Mercedes daha irəli bir tarix üçün avtomagistrallarda avtonom idarə olunan 4-cü səviyyə avtomobilləri inkişaf etdirəcək.
Nigar Həsənova