Samsung Galaxy Note10-da qulaqlıq girişi olmaya bilər

  • 08 İyul 2019

Samsung Galaxy Note10, qulaqlıq girişi əvəzinə infraqırmızı verici ilə gələ bilər. Samsung fanatlarının bu inkişafa necə cavab verəcəyi hazırda bilinmir.

Chip.az bildirir ki, Samsung-un yeni modeli Galaxy Note10-un bazara çıxmasına bir ay vaxt qalıb. Telefonun render görüntüləri bir müddətdir internetdə dolaşır. Bu vizuala görə telefonla qulaqlıq girişi olaraq istifadə edilən 3,5 mm jack yer almır. Onun yerinə, telefonun üst hissəsində bir infraqırmızı verici var. Texnologiyaya əsasən, telefonun üst hissəsində olan dəlik kamera üçün istifadə olunacaq.

İndiyə qədər telefon haqqında ortaya çıxan görüntülər və məlumatlar, yeni Galaxy Note10-da 6.3 düyümlük QHD+ Infinity ekran12 GB-a qədər RAM gözləyə biləcəyimizi göstərir. Telefon, Android Pie üzərində inşa edilən, Ona UI əlaqə sisteminə malik olacaq.
 
Qualcomm Snapdragon 855 və ya onun Exynos kimi bir prosedura sahib olması gözlənilən telefonun arxa hissəsində isə Galaxy S10+ ilə oxşar bir üçlü kamera sistemi olacaq. Telefonun arxa qisimində 3D ToF yerləşən, 3 kameralı bir sistem də yer alır. 

Samsung-un bu cihazını 1100-1200 dollar arası qiymətə satışa təqdim etməsi gözlənilir. Samsung-un bu il iki Galaxy Note10 modelini bazara tanıtması gözlənilir. Bunlardan biri Samsung Galaxy Note10 və digəri də Samsung Galaxy Note10+ olacaq.

Nigar Həsənova

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər