Azərbaycanda kibertəhlükəsizliklə bağlı sorğuların sayı azalıb

  • 02 İyul 2019
  • 120

Bu ilin iyun ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılmış sorğuların sayı may ayı ilə müqayisədə 22,2% azalaraq 269 ədəd təşkil edib.

Chip.az APA-ya istinadən məlumat verir ki, iyun ayı ərzində mərkəzə daxil olan sorğulardan 90,3%-nə baxılıb və təmin edilib. 

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 18 hesabat təqdim edilib.

Cari ilin iyun ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 5 subdomen qeydiyyatdan keçib.

Ümumilikdə, cari ilin yanvar-iyun ayının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1 876 təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğunun 93,7%-i baxılıb və təmin edilib. Bu müddət ərzində aparılan informasiya təhlükəsizliyinin yoxlanışı əsasında 119 hesabat hazırlanaraq müvafiq strukturlara göndərilib. Yanvar-iyun ayları ərzində Azərbaycanın internet seqmentində 22 domen və 41 subdomen qeydiyyata alınıb.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

“Ağıllı” zibil vedrəsi yaradıldı - 29 dollara - FOTO

“Ağıllı” zibil vedrəsi təqdim edilib.

Chip.az rus mətbuatına istinadən xəbər verir ki, zibil vedrəsinin qapa

Apple-ın ilk kompüterinə aid 40 illik istifadə kitabçası təəccüblü qiymətə satışa çıxdı

Texnologiya nəhəngi Apple, günümüzdə sektora nisbətdə bahalı, ''kolleksiya hissəsi'' qiymətində məhsullar satması ilə tanınır. Ortaya çıxan 40 illik bir

Bədən temperaturunu stabil saxlayan parça istehsal ediləcək

Kələm kimi üst-üstə geyim geyməkdən nifrət edənləri, yazda gödəkçə ilə gəzməkdən sıxılanları, evdən çıxarkən “Görəsən hava necə olacaq?” deyə düşünənləri n

McDonalds loqosu niyə sarı və qırmızı rəngdən ibarətdir?

McDonalds loqosu ketçupa batırılmış  kartoflara bənzəyir və kartofu xatırladan hissələr nəhəng bir M hərfi yaradır. Bəs şirkət niyə bu loqo və bu rəngləri seçmişdir

Kosmos təcrübələrinə qatılan insanın boyu 5 gündə 3 santimetr uzandı

Kosmosdakı vəzifələrinə gedən kosmonavtların və astronavtların  qarşılaşacaqları çətinlikləri həll etmək üçün Yerdə müxtəlif təcrübələr aparılır. Bu təcrüb