Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi “IKT Akademiyası” layihəsinin bağlanış tədbiri keçirilmişdir.
Chip.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan layihə rəhbəri Elmar Məmmədov layihə barədə məlumat verərək bildirib ki, gənclərə İKT-nin yeniliklərini, qloballaşan cəmiyyətdə inkişaf edən innovasiyaları çatdırmaq, İKT imkanlarından istifadə etməklə əldə edilmiş biliklər vasitəsilə onların cəmiyyətin inkişafında aktiv rol oynamalarına şərait yaratmaqdır. O, layihə çərçivəsində gənclərdə İKT-yə, təhsilə, elmə, mədəniyyət və incəsənətə yeni texnologiyalar vasitəsilə maraq oyatmaq, internet resurslarından səmərəli istifadə etməyin vacibliyini vurğulayib.
Sonra Elmar Məmmədov Azərbaycan Gənclər Fondu haqqında, fondun yeni strukturu haqqında məlumat verərək, uğurlar arzulanışdır. Daha sonra “SMM” üzrə mütəxəssis Amal Əsgərov “Media nədir” “Ənənəvi media anlayışı”, “Rəqəmsəmsal marketinq strategiyası”, “CV-nin yazılma qaydaları”, sosial şəbəkələri tanıtmaq, gənclərin şəbəkələşməsindən layihə iştirakçılarına məlumat vermişdir.
Layihədə gənclərin məsğulluğunu artırmaq, aktiv vətəndaş konseptini aşılamaq və s. kimi mövzuları əks etdirən təqdimatlar hazırlanaraq maarifləndirici bukletlər nəşr edilmişdir. Layihə çərçivəsində həyata keçirilən seminarlarda 50 nəfərdən çox tələbə və media nümayəndəsi iştirak etmişdir.
Chip.az