WhatsApp-a yeni özəllik əlavə olunub

  • 29 İyun 2019

Dünyanın dörd bir yanında istifadə olunan mesajlaşma proqramı WhatsApp-ın beta versiyasına yeni özəllik əlavə olunub.

Chip.az xəbər verir ki, son məlumatlara görə , yeni funksiyanın aktivləşdirilməsi ilə platforma Facebook-a  birləşdiriləcək.

2020-ci ildən etibarən reklamların mövcud olacağı WhatsApp-da status xüsusiyyətinin gündə 500 milyondan çox aktiv istifadəçisi var. Bununla milyonlarla insan bu statusu hər gün paylaşır.

Facebook və Instagramda mövcud olan status xüsusiyyəti WhatsAppdan Facebooka bağlanacaq.

Göründüyü kimi Facebook gündə 500 milyona yaxın insanın aktiv olaraq istifadə etdiyi bu sahənin genişləndirilməsi üzərində çalışır.

WhatsAppın Beta versiyası haqqında yayımlanan xəbərlərə görə WhatsApp statusu üçün Facebook inteqrasiyası gəlir. Beləliklə WhatsAppda paylaşılan məzmunlar, statuslar avtomatik olaraq Facebookda da yayımlanacaq.

Qeyd edək ki, sözü gedən xüsusiyyət hələki sınaq mərhələsindədir. iOS və Android tətbiqlərinə gəlməsi gözlənilir.

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər