Instagram Selena Gomezdən platformaya geri dönməsini xahiş etdi

  • 29 İyun 2019

Instagramın baş direktoru Adam Mosseri  BBC Radio 1in Newsbeat adlı proqramına qoşulub.

Chip.az xəbər verir ki, Selena Gomezin tətbiqi telefonundan tətbiqi silməsi haqqında danışan Mossen Gomezin bu qərarından dolayı xəyal qırıqlığı yaşadığını və bundan üzüldüyünü ifadə edib.

Mosseri

“Platforma haqqında xüsusi bir detalı bəyənmirsə bu barədə danışmaq, müzakirə etmək  istərdim. Biz tənqidlərə açığıq”

Bilindiyi kimi Selena Gomez yaxın zamanlarda Instagram hesabını dondurduğunu və bir şey paylaşmaq istəsə köməkçisinin hesabını idarə edəcəyini bildirib.

selena gomez

Gomez Instagramın özünə inamını azaltdığını  ifadə edərək bu tətbiqdən çox istifadənin gənclərə zərər verdiyini və tətbiqin özünə də mənfi təsir etdiyini qeyd edib.

“Yorumlara  zaman sərf etmək  o qədər də yaxşı deyil. Görünüşüm haqqında fikirləri oxumaq mənə çox pis təsir edir”

Selena Gomez kimi sənətçilər sosial media platformalarında önəmli statusa malikdirlər. Onlar çox sayda izləyicilərə sahibdirlər və izləyicilərinə yüksək təsir göstərirlər. Adam Mosserinin bəyanatları da bu təsir gücünə bağlı ola bilər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır