Nar-ın 4G şəbəkəsi Ağdam, Füzuli və Goranboyda

  • 29 İyun 2019

"Nar”, mobil baza stansiyalarının sayını artırmağa davam edir. Belə ki, mobil operator ilk yarımildə ölkə ərazisində 50-dən çox 3G və 380-dən çox yeni 4G mobil baza stansiyasını istifadəyə verib.

Chip.az xəbər verir ki, bununla da, “Nar” 3G şəbəkəsi ölkə əhalisinin 97.6%-ni, 4G şəbəkəsi isə əhalinin 70%-ni əhatə edir. Qeyd edək ki,  mobil operator Ağdam, Füzuli, Goranboy və Samux rayonlarında ilk dördüncü nəsil LTE texnologiyasına əsaslanan baza stansiyalarını quraşdırıb. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq, 45-dən artıq 4G baza stansiyasında avadanlıqlar yenilənib.

“Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7500-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 4G keyfiyyəti ilə yanaşı, “Nar”-ın təklif etdiyi sərfəli qiymətlər abunəçilərin mobil internetdən daha çox istifadəsinə şərait yaradır.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır