IoT Lab-ın ali məktəb nümayəndələri üçün açılışı olub

  • 29 İyun 2019

İKT LAB Tətbiq və Tədris Mərkəzində Microsoft Azətbaycan şirkəti ilə əməkdaşlıq nəticəsində yaradılan “İoT Lab” - Əşyaların İnterneti laboratoriyasının ali məktəb nümayəndələri üçün açılışı olub.

Chip.az xəbər verir ki, tədbirdə “İoT Lab”-ın yaratdığı imkanlar və üstünlüklər izah edilib.

Məqsəd ali məktəblərin innovasiya mərkəzləri və texnoparkları ilə əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin icrasını həyata keçirməkdir.

Tədbirdə həm də İKT LAB Tətbiq və Tədris Mərkəzinin, Microsoft Azərbaycan şirkətinin nümayəndələri çıxış edib. Onlar öz təqdimatlarında laboratoriyanın imkanları, universitetlərə və gənclərə verdiyi üstünlüklər barədə məlumat verib. Eyni zamanda, laboratoriya çərçivəsində ilk dəfə elan edilən “Microsoft İoT Lab internship” adlı yay təcrübə proqramı barədə məlumatlar verilib.

Təcrübə proqramına artıq 350 nəfərdən çox gənc qeydiyyatdan keçib. Bu gənclər müəyyən edilən tələblər üzrə imtahan olunacaq. İmtahandan uğurla keçənlər maraqlı təcrübə proqramında iştirak edəcək. Təcrübə proqramı çərçivəsində “Əşyaların interneti” istiqamətində real layihələr üzrə işlər aparılacaq.

Uğurlu layihələr "BakuTel-2019" sərgisində təqdim ediləcək.

Təcrübə proqramına qatıla bilməyən və zəruri bilikləri olmayan gənclər İKT LAB tərəfindən təşkil edilən təlimlərdə iştirak edə bilərlər. “İoT Lab” layihəsi, təcrübə proqramı və təlimlər haqqında daha ətraflı məlumatları iktlab.az saytından əldə etmək mümkündür.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır