Apple tarixində bir ilk yaşandı

  • 28 İyun 2019

İlk dəfə Apple şirkətinin dizayn komandasının rəhbəri Joni Ive şirkətdən ayrıldı.

Chip.az xəbər verir ki, Jony Ivenin Apple məhsullarında rolu çox böyük olduğundan, şirkət bu yükü tək bir çiyinlərinə yükləmək istəmirdi və Evans Hankey sənaye dizaynının baş meneceri, Alan Dye isə Interface Design komandasının baş meneceri təyin edildi.

Apple Park baş qərargah mərkəzindəki dizaynına iki il ara verdikdən sonra 2017-ci ildən etibarən sənaye və proqram dizaynında məsul şəxs olan Jye Ivenin proqram təminatı Dyeyə verildi. Dye iOS, macOS, iPadOS və digər proqram təminatı üçün məsuliyyət daşıyacaq.

İllərcə dizayn komanda üçün işləyən və öz adına 300-dən çox patent faylına sahib olan Hankey Sənaye Dizayn komandasını idarə edən ilk qadın idarəçi olacaq. Hər iki ad ön plana çıxmasa da Apple “Dye də Hankey də Applenin dizayn komandasında illərdir əsas rol oynayan şəxslərdir" deyə bildirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır