BMT internet saytlarında nifrət sunamisinə son qoymağa çağırıb

  • 27 İyun 2019
  • 184

2018-ci ildə antisemitizm zəminində insidentlərin sayı əvvəlki illə müqayisədə 134 faiz artıb. Bunu BMT-nin Baş Assambleyasının rəqəmsal texnologiyalar əsrində kin və nifrət probleminə həsr olunmuş tədbirində çıxış edən təşkilatın baş katibi Antonio Quterreş bəyan edib.

Chip.az xəbər verir ki, Antonio Quterreş irqçiliyin bürün təzahürlərinə qarşı mübarizə aparmaq üçün ölkələrin səylərini birləşdirməyə çağırıb. Onun sözlərinə görə, bəşəriyyətin ən böyük faciələrindən biri olan Holokost məhz Avropanın mərkəzində törədilib. Baş katib əlavə edib: “Hitler məğlub olub, amma antisemitizm davam edir. Onun yox edilməsinə hələ çox var. Avropa ölkələri və ABŞ-da sinaqoqlara, habelə məscid və kilsələrə edilən hücumlar ksenofobiya meyillərinin güclü olduğunu göstərir”.

Bundan əvvəl BMT-nin baş katibi kin və nifrətin qarşısını almaq üçün yeni Plan və strategiyanın hazırlandığını elan edib. Bu təşəbbüsün məqsədi təşkilatın bütün strukturlarını irqçilik, ksenofobiya, ayrı-seçkilik və dözümsüzlüyün digər təzahürlərinə qarşı mübarizəyə səfərbər etmək olub. A.Quterreş bildirib ki, bu mübarizə söz azadlığının pozulması deyil, əsas məqsəd beynəlxalq hüquq normaları ilə qadağan edilmiş zorakılıq, kin və nifrət hallarının qarşısını almaqdan ibarətdir. O, bu kontekstdə bəzi sosial şəbəkə istifadəçilərinin mənfi fəaliyyətini qeyd edib və vurğulayıb ki, onlar cəzasızlıq şəraitində ksenofobiya və irqçilik təbliğatı aparırlar. Baş katibin sözlərinə görə, bunun qarşısını almaq üçün təşkilat tərəfindən rəqəmsal əməkdaşlıq üzrə xüsusi qrup yaradılıb və bu strukturun üzvləri öz təkliflərini təqdim ediblər.

Tədbirdə çıxış edən Baş Assambleyanın sədri Mariya Fernanda Espinosa Avropada və dünyanın digər regionlarında antisemitizmlə bağlı rəqəmləri açıqlayıb. O əlavə edib ki, keçmişdə yaşanmış faciələrin təkrar olunmasına yol vermək olmaz və bunun üçün insanların maarifləndirilməsi, ekstremistlərə qarşı mübarizənin gücləndirilməsi böyük əhəmiyyət kəsb edir. Mariya Fernanda Espinosa deyib: “Bu cür halların qarşısını almaq üçün internetdə kin və nifrət məzmunlu yazıları izləmək lazımdır. Avropa Yəhudi Konqresinin məlumatına görə, hər gün sosial şəbəkələrdə Holokostu inkar edən yüzlərlə qeydlər yerləşdirilir”. O, faşist düşərgəsinin məhbusu Eli Vuzelin sözlərini sitat gətirib: “Sevginin əksi nifrət və biganəlikdir”.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Rolls-Royce, elektrik enerjisi ilə çalışan, təyyarə üzərində işlər görür

Rolls Royce, avtomobil istehsalçısı kimi tanınsada, gəmi və təyyarə mühərrikləri istehsalında daha peşəkar marka olduğu deyilə bilər. Beləki, Rolls Royce, bu g

TikTok 1 milyarddan çox yüklənmə nəticəsi ilə rekord qırdı

Chip.az bildirir ki, çinli ByteDance adlı bir şirkətin sahib olduğu TikTok yanvar ayında iOS və Android tətbiqlərindən 71 milyon yükl

Epic Games Store böyük endirim kompaniyasına başladı

Chip.az xəbər verir ki, sözü gedən şirkət  bu gün ilk böyük endirim kompaniyasını  tətbiq edib. Belə ki, bu gündən etibarən “Epic Mega Sale” adlanan endiri

İstifadəçilərin 28 faizi sənədlərin təhlükəsizliyini yoxlayır

Hər ikinci Rusiya vətəndaşı (44%) kolleqalarının məxfi məlumatlarını görüb. Söhbət məvacibin məbləği, illik bonuslar, bank məlumatları və ya şifrələrdən gedir.

Cənubi Koreya, bu gün 5G xidmətini istifadəyə verərək adını tarixə yazdırır

Beləki, Cənubi Koreya mobil xidmət provayderlərinin, bu gün, yəni  dekabr ayının1-də, ilkin proqramdan dörd ay əvvəl  5G xidmətl