Planşetlərinizi 3 kameralı edəcək layihə

  • 26 İyun 2019

Mobile Pixels MIT tərəfindən maliyyələşdirilən sahibkarlıq şirkətidir.

Chip.az xəbər verir, şirkət, Indiegogodakı yardım kampaniyasından təxminən 1,2 milyon dollar və Kickstarterdə gerçəkləşdirəcəkləri kampaniyasından 860 min dollardan çox məbləğində vəsait topladı. Beləliklə Duex adlı sürüşmə ekranını işə saldı. Təşkilat geribildirimlər üzərinə üçüncü bir ekran üzərində işlərə başlamışdır.

Trio adlanan bu üçlü ekran layihəsində dizüstü kompüterin qapağının üzərində iki yapışqanlı arxa maqnit olacaq. Üçlük ekranlarının ətrafı da maqnitli olacaq və notebook üzərində saxlanılacaq. Trionun ekranları USB ilə noutbuka qoşulacaq və bu USB bağlantısından hər iki məlumatı və enerjini alacaq.

Mobile Pixels artıq Trio üçün Kickstarter kampaniyasına start verib. 12.5 düymlük ekran üçün 179 dollar; cüt monitör quraşdırma üçün 349 dollar ödəməlisiniz. 14 düymlü Trio Pro modelləri müvafiq olaraq 199 və 389 dollar səviyyəsində satılır. Hər şey yolunda gedərsə şirkətin yüklərini 2020-ci ilin yanvar ayında göndərməsi gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır