Texnologiya nəhəngi Google pulsuz bulud saxlama xidmətini irəli aparmaq üçün yeni bir sistemi sınaqdan keçirir.
Chip.az xəbər verir ki, normal şərtlər daxilində internetə ehtiyacınız olan zaman Drive saxlama xidməti tezliklə İnternet olmadan işləyə biləcək.
Engadgetin xəbərinə görə Google; Docs, Slides və Calc fayllarını internetsiz bir şəkildə saxlamağa imkan verir. Lakin yeni xüsusiyyət ilə, İnternet olmadan PDF faylları, eləcə də Word faylları kimi hər hansı bir formatda sənədləri saxlaya bilərsiniz.
Yeni xüsusiyyət Google Chrome ilə işləyəcək. Başqa sözlə digər bir brauzer istifadə edən istifadəçilər bu xüsusiyyətdən yararlana bilməyəcəklər. Drive ya da Docs parametrlərində offline rejimini aktivləşdirdikdən sonra hesab məlumatınızı daxil edərkən bu xüsusiyyətdən istifadə edə bilərsiniz.
Xüsusiyyətin Chrome brauzerləri xaricində istifadəsi gözlənilsə də, bu istiqamətdə bir o qədər də böyük ümidlər yoxdur.
Aida İSAQ