Citroen C4 Cactus ilə çox maraqlı bir avtomobil dizaynını sınaqdan keçirmişdi.
Chip.az xəbər verir ki, bazarda bir o qədər də üstünlük qazanmayan avtomobilin ikinci nəsilinin təqdim olunmayacağı bildirilib. Citroenun rəhbərinin verdiyi açıqlamada bu vasitəni əvəz edəcək "Kaktus" adlı yeni modelin istehsal ediləcəyini qeyd edib. Şirkətin müdiri Xavier Peugeot yeni model üzərində çalışdıqlarını vurğulayıb.
Cactus seriyasından orta yaş dizaynı ilə birlikdə hava kapsulaları da çıxarılmışdı. Nəticədə Cactusa çox yaxın olan C4 Hatchbackin istehsalı dayandırıldı.
Xavier Peugeot verdiyi açıqlamada yeni C4 seriyası üçün xüsusi bir plan olduğunu qeyd edərək Citroenin qeyri-adi dizayn dilini qoruyacaqlarını söyləyib. Vasitə rəqiblərindən seçilmək üçün fərqli bir polarlaşdırıcı görünüşlə bazara çıxarılacaq və unikal bir stilə sahib olacaq.

Yeni avtomobilin təqdim olunma tarixi açıqlanmayıb. Lakin Cactusun təxminən 2 il əvvəl təmir edildiyi bildirilir. Yeni avtomobilin ən son 2021-ci ilə qədər yollarda olması heç kimi təəccübləndirməyəcək.
Aida İSAQ