Facebook Apple-ni trolladı

  • 25 İyun 2019
  • 188

Facebook Apple ilə 15 aylıq davam edən rəqabətdə yeni həmlə etdi.

Chip.az xəbər verir ki, texnologiya nəhəngləri Facebooukun iş modelləri və məxfilik barədə məlumat skandalından sonra bir-birlərinə atmacalı yanaşırdılar. Sözlü duellərdə isə bir-birlərinə müraciət etmirdilər.

Soyuq müharibə Mark Zuckerbergin yüksək səviyyəli işçilərindən biri olan qlobal əlaqələr üzrə zabit Nick Clegg tərəfindən davam etdirilib. Clegg Berlində verdiyi açıqlamada Facebookun iş modelindən bəhs edərkən ən böyük rəqibinə məlumat göndərdi:

"Facebook pulsuzdur və hər kəs üçün mövcuddur. Digər əsas texnologiya şirkətləri; bahalı cihazlar, abunə xidmətləri və ya bəzi hallarda hər ikisindən də pul qazanırlar. Beləliklə, onlar yalnız yaxşı maliyyə vəziyyəti olan insanlar üçün rahatlıq təmin edir. İnsanları həm də cihazlarını və xidmətlərini satın almağa məcbur edirlər. "

Bəyanatdan anladığımız kimi, buradakı birbaşa hədəf Apple şirkətidir. Çünki şirkət 1000 dollarlıq bir iPhone satın aldığınız zaman abunə haqqını ödəməyi də tələb edir. Nümunələr arasına Apple Music, Apple TV və Apple News daxildir. Clegg nitqinə aşağıdakı sözlərlə davam edib:

"Facebook ayrı-seçkilik etməz. Vipi yoxdur. Heç bir biznes sinfi yoxdur. Bizim xidmətlərimizdən böyük vəzifəli şəxslərdən tutmuş taksi sürücülərinə, şagirdlərə qədər hərkəs yararlana bilir. 2 milyardan çox adamın platformadan istifadə etməsinin tək səbəbi var. Çünki onlar bunu rahatlıqla edə bilirlər. "

İki şirkətin şifahi mübahisələri Facebookdan daha doğrusu baş direktor Mark Zuckerberqin mart ayı içərisində gizlilik pozuntusundan sonra davam edir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Süni intellektə malik ilk bankomat hazırlanıb

“Ağıllı” bank terminalı əlavə kameralar, sifətin və səsin tanınması sistemləri ilə təchiz edilib. Aparatın dərin maşın təliminə əsaslanan süni intellekt sistemi ba

Hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı

Dalaman hava limanında partlayan telefon batareyası sərnişinlərə qorxulu anlar yaşatdı.

Nazir Bərdədə vətəndaşlarla görüşüb

Görüşdə Bərdə ilə yanaşı, Yevlax, Tərtər və Ağdam rayonlarının da sakinləri  iştirak edib.

Vətəndaşların müraciətləri dinlənilib, qaldırılan məsələlərin h

Google planşetlərə daha diqqət ayırmır

Google 22 Noyabr 2018-ci ildə təqdim etdiyi orta seqment planşeti Google Pixel Slate modelindən imtina edəndən sonra texnologiya nəhənginin digər planları aydın oldu.

Azərbaycanda domen almaq qaydaları dəyişdi

Chip.az bildirir ki, bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyah