Bu həftə yayımlanan pulsuz oyunlar

  • 24 İyun 2019
  • 134

Yaz tətilinin başlaması ilə telefonunuzda oynamaq üçün yeni oyun axtarırsınızsa, bu siyahı sizin üçündür.

Chip.az xəbər verir ki, bu həftə 8 pulsuz Android oyunumuz var.

1. Harry Potter: Wizards Unite

Pokemon GO istehsalçısı Niantic tərəfindən hazırlanan Harry Potter: Wizards Unite Pokemon GO-da olduğu kimi lənət əşyalarını toplayan sistemə əsaslanan oyundur.  AR sistemi sayəsində oyun Harry Potter pərəstişkarları tərəfindən çox maraqla qarşılanıb. Harry Potter: Wizards Unite oyununu cihazınıza aşağıdakı linkdən yükləyə bilərsiniz.

https://bit.ly/2CpirIr 

2. Dota Underlords

Dota Underlords Valvenin MOBA oyunu Dota 2nin bir versiyasıdır. Beta versiyasında olan müstəqil oyun Dota Underlords hələki  pul qazanmaq fuksiyasınamalik deyil. Bu versiyanın nə qədər davam edəcəyi hələki məlum deyil. Beləliklə, Dota ilə tanış olmaq üçün oyunu yükləməyiniz məsləhətlidir.

https://bit.ly/2X1BeWQ

3. Cursivity

https://youtu.be/HcOe5iqTVwQ

Cursivity sadə blok hərəkətlərinə əsaslanan bir tapmaca oyunudur. Blokları birbaşa idarə etmək əvəzinə öz məqsədlərinə çatmaq üçün onlara bəzi əmrləri verməlisiniz. Tədricən çətinləşən oyunda özünüzlə rəqabət edə bilərsiniz.

https://bit.ly/2KAIOB6

4. Survive The Bridge

https://youtu.be/Ka88mIJ45r4

Survive The Bridge real həyatdan ilhamlanan və məhv edilmiş körpülərdən keçmək tələb olunan oyun olaraq təqdim olunub. Oyunun qrafikləri pis görünə bilər, amma gameplay və yumor hissini ehtiva etməsi bu oyunu siyahıya əlavə etməyə səbəb ola bilər.

https://bit.ly/2RAleF1

5. Stickman Dash Runner

https://youtu.be/CkhF0ehzVpQ

Adından da göründüyü kimi Stickman Dash Runner macəra əsaslı oyundur. Reflekslərinizi və sürətinizi test etmək istəyirsinizsə, oyuna nəzər salın.

https://bit.ly/2J9xxVg

6. Pop Art Painter 3D

https://youtu.be/utwUu0ZzK1w

Paper Plane Planetin yaradıcılarından OHM Games tərəfindən hazırlanan oyun obyektlərin boyandığı bir rəngləmə oyunudur. 3D qrafika ilə, oyun hər gün yenilənir, müxtəlif obyektlərin rənglənməsinə imkan verir.

https://bit.ly/2LbCFdX

7. Gravity Box - Minimalist Physics Game

Survive The Bridge  kimi oyunlarda qrafiklər sizi cəlb etməyə bilər.  Amma hər kəsin bu oyunu sınamasının lazım olduğunu düşünürük. Oyunda musiqi yoxdur və hər səviyyə minimal dizayn fikri ilə yaradılır. Ekranda hara toxunsaz oraya mərmi ata bilərsiniz. Oyun müxtəlif səviyyələrdən ibarətdir və bu səviyyələri keçmək çox da asan deyil.

https://bit.ly/2FszRW0

8. Duels

https://youtu.be/lfsHng4GCbM

Duels RPG janrının pulsuz PvP oyunu kimi debüt etdi. Play Storeda bütün digər PvP oyunları kimi özünüzü inkişaf etdirə bilərsiniz. Oyun hazırladığınız simvolları digərləri ilə birləşdirməyə əsaslanır, lakin bu döyüş sistemi avtomatik olaraq reytinq xalına əsaslanır.

https://bit.ly/2NnHT9p

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Bu telefon sahibini ovcunun içindən tanıyacaq

LG-nin yeni telefonunun ən diqqət çəkən xüsusiyyəti barmaq izi və yüz tanıma texnologiyasından deyil ovuc içini tanıyan Ha

Huaweinin Yeni Kabelsiz Qulaqcığı, Telefonunuzu Doldura Biləcək

Bazardakı boşluğu yaxşı istifadə etməyə çalışan Huawei, daha əvvəl görmədiyimiz bir məhsulla qarşımıza çıxacaq.
Son aylarda daha əvvəl heç olmadığı qədər aqress

“LG V40 ThinQ” smartfonu 5 fotokamera ilə təchiz edilib!


Chip.az “Vesti” resursuna istinadən yazır ki, arxa paneldə barmaq izi sk

Asus Zenfone 6Z AnTuTu testindən keçdi

Chip.az bildirir ki, Asus-un üst seqmentindəki ən ASUS_I01WD model nömrəsi ilə AnTuTu testindən keçdi. Beləliklə, biz

Xiaomi Mi9 rəsmi şəkildə təqdim edildi

Chip.az bildirir ki, Çinin ağıllı telefon istehsalçısı Xiaomi paytaxt Pekində təşkil edilən təqdimatda  Mi9-u istehlakçılara tə