Microsoft bir çox istifadəçiləri əsəbləşdirəcək yeni xüsusiyyəti Outlook Mobile proqramına tətbiq edib.
Chip.az xəbər verir ki, yeniləmənin tətbiq edilməsi ilə istifadəçilər indi Outlook Mobile tətbiqlərində reklamlarla qarşılaşacaqlar.

Bu Microsoftun Outlooka ilk yerləşdirdiyi reklam deyil. Keçən il Microsoftun Office 365 abunəsi olmayan istifadəçilərə reklam göstərəcəyi barədə məlumatlar çıxmışdı. Lakin Microsoft bunun eksperimental bir xüsusiyyət olduğunu bütün istifadəçilər üçün nəzərdə tutulmadığını bildirmişdi.
Hazırda Microsoft Outlook Mobile reklamı ilə bağlı heç bir açıqlama verilməyib. İndi soldan və ya sağdan reklamları silinərək xilas ola bilərsiniz. Ancaq Microsoft reklam verməyi qərara alıbsa bu reklamlar daimi qalıcı edə bilər.
Aida İSAQ