Fordun yeni dizaynlı avtomobili: Mustang Shelby GT500

  • 20 İyun 2019

Asfaltları əridəcək 2020 Mustang Shelby GT500 üçün son hazırlıqlarını edən Ford vasitənin 760 at gücü və 847 Nm tork istehsal edəcəyini açıqlayıb.

Chip.az xəbər verir ki, GT350-nin mühərrik bölməsində 5.2 litrlik V8 mühərrikini istifadə edən GT500 kompressor köməyi ilə gücünü artıracaq və 7 sürətli ikili debriyaj ötürücüsünə malik olacaq.

Ford vasitənin performans baxımından 400 metr məsafəni 11 saniyə ərzində tamamladığını və avtomobilin ən yüksək sürətini 289,6 km / saat olaraq qeyd edib. Avtomobilin 0-100 km / saat sürmə müddəti hələlik sirr olaraq qalır.

Hər bir avtomobil həvəskarının avtomobildən gözlədiyi  səs eyni olmadığı üçün vasitədə dörd fərqli egzoz rejimi vardır. Bu rejimlər yumşaq rejimlə yanaşı agresiv variantları da özündə ehtiva edir. Egzos rejimlərinə əlavə olaraq salon içərisində küyün azaldılması sistemi səsi daha xoş vəziyyətə gətirir.

Bütün bu mühərrik və işlənmiş xüsusiyyətlərə əlavə olaraq, Ford mühəndisləri GT500ün aerodinamikasına çox böyük diqqət göstərirlər. Yenilənmiş ön panel enerji transferinin soyutma qabiliyyətini 50% artırır. Əlavə olaraq, istəkdən asılı olaraq karbon fiber paketi içərisindəki geniş qanad vasitə tam sürətlə hərəkət edərkən avtomobilə 227 kiloqram itələyici qüvvə tətbiq edir.

2020 model Shelby GT 500 bu yayda satışa çıxarılsa da Ford qiymət haqqında heç bir açıqlama verməyib. GT 350-nin 60.235 dollarlıq qiymətini nəzərə alsaq, asanlıqla GT500 modelinin daha bahalı olacağını söyləmək olar.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır