Yeni dizayn olunmuş iPhone modeli təqdim edildi

  • 20 İyun 2019

Əvvəllər mobil telefon markaları bir əlin barmaqlarının sayını keçmirdi.

Bir çox marka mobil telefon bazarında böyük bir paya sahib idi.

Chip.az xəbər verir ki, illər keçdikcə bu markaların bəziləri zəifləyərək bazar payını itirdiyi halda mövcud sektorda üstünlüyü ələ almışdı. Hər ötən il ərzində bazarda üstün mövqe qazanan şirkətlər ya dəyişirdi ya da yeniləri əlavə olunurdu. Yeni markalarla rəqabət daha sıx oldu və şirkətlər telefonlarına yeni funksiyalar əlavə etməyə başladı. Erqonomik və zəriflik baxımından müxtəlif dizaynlar sınaqdan keçirilirdi.

Hazırda smartfon bazarının genişləndiyi bir zamanda dizaynlar yalnız şirkətlər tərəfindən hazırlanmır. Marka həvəskarları və istifadəçiləri də görmək istədikləri xüsusiyyətləri olan cihazlar üçün yeni dizaynlar təklif edirlər. Beləki Ben Geskin adlı şəxs populyar markalardan biri olan Apple 2020 iPhone üçün konsept dizayn təqdim edib.

Geskin Twitter hesabından 2020 İPhone üçün konsept dizaynını paylaşıb. Geskinin hazırladığı konsept dizayn səhmlərindəki iPhonelərdən biri  6.7 düym digəri isə 5,4 düymlük ekrana sahibdir. Böyük ölçülü ekran dizaynına malik Plus modeli telefonlarının hər ikisinin ekranında çəntik yerləşir. Və hər ikisi 3 arxa kameraya sahibdir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır