İmzanı Azercell ilə tanıt

  • 20 İyun 2019
  • 47

Hər zaman yenilikçi ideyaları və təşəbbüsləri dəstəkləyən “Azercell” son günlər ərzində sosial şəbəkələrdə gündəmdə olan “İmzanı tanıt” çağırışına dəstək olub. 

Chip.az xəbər verir ki, iyunun əvvəlindən etibarən məşhur blogerlər, aparıcılar və media nümayəndələri sosial şəbəkələrdə rezonans yaradaraq istedadına və bacarığına güvənən yaradıcı şəxsləri öz əl işlərini #imzanitanit “hashtag”ı altında paylaşıb, imzalarını geniş kütləyə tanıtmağa təşviq etdilər. Çağırış çox qısa müddət ərzində hərkəsin rəğbətini qazanmağa müvəffəq oldu və yüzlərlə sənətkar bu fikir ətrafında cəmlənərək istedadlarını sosial şəbəkələrdə nümayiş etdirdilər.

Ölkəmizdə gənclərin peşəkar və fərdi inkişafına, mütaliə mədəniyyətinin təbliğ edilməsinə daim öz töhfəsini verən “Azercell” şirkəti Azərbaycanda istedadları kəşf etməyə fürsət yaradan “İmzanı tanıt” sosial təşəbbüsünə də biganə qalmayıb. Sosial hərəkata dəstək olmaq məqsədilə ən maraqlı paylaşımlar şirkətin xüsusi münsiflər heyəti tərəfindən seçilib, “Azercell”in sosial media səhifələrində bütün ölkəyə tanıdılacaq.

Qeyd edək ki, rəqəmsal dünyanın ən son yeniliklərini daha əlçatan etməyi hədəfləyən “Azercell” bununla da kifayətlənməyib. “Azercell” şirkəti “İmzanı tanıt” çağırışını ölkəmizdə kiçik sahibkarlıq mühitinin inkişafı, eləcə də tarixi və milli mədəni irsimizi təbliğ etmək fürsəti kimi dəyərləndirir və sosial şəbəkələrdə dəstək olmaqla yanaşı, layihənin daha geniş miqyasda tanınması və daha çox məzmunun toplanması məqsədilə tez bir zamanda “İmzanı tanıt” platformasını istifadəyə təqdim edəcəyini açıqlayıb. Sayt yaradıcılıq fəaliyyətinə əməklərini həsr etmiş ustadların nəinki ölkə hüdudlarında, hətta xaricində də tanınmasına səbəb olacaq və dünyaya ölkəmizin istedadlar məkanı olduğunu bir daha nümayiş etdirəcək.

Odur ki, bizi @azercell və @imzanitanit “Instagram”, həmçinin müvafiq “Facebook” səhifələrindən izləyin və layihənin ən son yeniliklərindən xəbərdar olun. Sən də bizə qoşul və imzanı milyonlara tanıt.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır