Intel və Qualcomm Huawei ilə bağlı peşmançılıq çəkir

  • 19 İyun 2019

Huawei - ABŞ müharibəsində maraqlı hadisələr yaşanır.

Chip.az xəbər verir ki, Trumpun açıqlamlarından sonra Huaweini məhdudlaşdıran ilk şirkətlərdən biri olan Intel, Qualcomm və Xilinx bu qərara qarşı çıxmaq istəyirlər. Üç nəhəng şirkətin Huaweiyə satdığı çiplərin Trumpun sözlərindəki riski daşımadığının qeyd edərək şirkətlərin qadağanın xaricində qalmaq istədiklərini bildirilib.

Intel ilə daha yaxşı ikitərəfli münasibətləri olan Huawei, bu günə qədər lazım olan məhsulları heç bir problem olmadan satın almışdı. Qualcomm ilə ikitərəfli əlaqələrdə kiçik problemlər var idi. Huawei buna baxmayaraq Qualcomma 4 aylıq patent haqqı üçün 150 milyon dollar ödəniş etməyi qəbul etmişdi. Prosesin sonunda heç bir problem olmadı. İş münasibətləri hər zamanki kimi davam etdi.

Bu iki şirkətlə yanaşı Huawei maşın öyrənmə və məlumatların təhlilini sürətləndirmək üçün dünyanın ən böyük yarımkeçirici istehsalçılarından biri olan Xilinx ilə əməkdaşlıq edib.  May ayına qədər iki şirkət arasında heç bir problem olmamışdı, lakin Trumpun sözləri bu münasibətləri pozdu.

Belə məlum olur ki, nəhəng Amerika şirkətləri Huawei ilə işə davam etmək istəyirlər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır