Huawei smartfon modelləriylə bərabər HiSilicone ardıcıl çipləri ilə özünü təsdiq edən nəhəng şirkətdir.
Chip.az xəbər verir ki, dünyada mobil çip istehsal edən çox şirkət olmadığına görə Huawei bu istiqamətdə yatırım etdiyi saysız investisiyaları ilə Qualcomm və Samsung kimi nəhəngləri rəqabətə gətirib çıxardı. Belə ki, şirkətin Kirin 910 SoC prosessoru demək olar ki, Qualcomm Snapdragon 855 ilə eyni gücdədir.

Şirkətin baş meneceri He Gang bu gün etdiyi bir paylaşımla Huaweinin dünyada iki fərqli 7nm çip istehsal edəcək ilk smartfon istehsalçısı olacağını bildirib. Bu paylaşımdan sonra gözlər Huaweinin təqdim edəcəyi yeni Kirin 810 prosessoruna çevrildi.
Məlumatlara görə, Kirin 810 2 x A76 + 6 x A55 arxitekturasına sahib olacaq və həmçinin ARM Cortex-A76 mühərriki ilə təchiz ediləcək. Beləliklə, Kirin 810 sələfi Kirin 710-dan daha güclü bir prosessora sahib olacaq.
Bu prosessora sahib olacaq ilk smartfonun Huawei Nova 5 olduğu ehtimal olunur. Bəzi keyfiyyət test saytlarında yer alan məlumatlara görə, Nova 5-in 4 arxa kamerası olacağı qeyd olunur. Eyni zamanda modelin Pro versiyası olacağı gözlənilir.
Aida İSAQ