Samsung Galaxy Note10 modelinin təqdimat tarixi açıqlandı

  • 19 İyun 2019
  • 68

Samsung Galaxy Note10 şirkətin yeni qabaqcıl markası olmaq üçün hazırlaşır və sözü gedən modelin nə zaman təqdim olunacağı məlum olub.

Chip.az xəbər verir ki, Koreya mənbələrindən alınan məlumata görə, Samsung Galaxy Note 10 rəsmi olaraq 10 Avqustda tətbiq olunacaq.

Samsungun təqdimat təqviminə uyğun gələn hazırda bu tarix doğru görünür. Avqust ayında Samsung telefonların phablet seriyasını təqdim etmək baxımından məşhurdur. Galaxy Note 9, keçən il 9 Avqustda təqdim olunmuşdu. Samsung bu ənənəni davam etdirərək 10 avqust tarixində modeli təqdim etməyi planlaşdırır.

Təqdimat tarixinə əlavə olaraq Galaxy Note 10-dan gözlənilən bir çox funksiya haqqında məlumatlar da yer alır. Ekranda üzərində yerləşən barmaq izi oxuyucusu ilə yanaşı çərçivəsiz dizayn da bizi gözləyir. Üstəlik Samsung Galaxy Note10un dörd kameraya malik olması haqqında müzakirələr gedir.

Samsungun iki Note cihazını nümayiş etdirəcəyi son zamanların ən maraqlı xəbərlərdən biridir. Bu günə qədər Galaxy Note seriyasındabir cihaz təqdim edən şikət bu il 6,4-6,5 düymlük telefon və 6,7 düymlük cihazını təqdim edəcək. Bütün bunlara əlavə olaraq 5G dəstəkli cihazının gələcəyi haqqında məlumatlar da var.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Chip.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

<

Gələcəkdə Wi-Fi ilə telefonların şarj problemi aradan qaldırılacaq

Bir çox insanla yanaşı bu xəbəri oxumağa başlayan hər bir oxucumuzun cavabı sözsüz ki, “Hə” olacaq. Amma təəssüflə bildirməliyik ki, hazırda belə bir şey mümkün deyil. L

Alimlər səsi tamamilə boğan material əldə etdi

Səs-küy bir çox insanı narahat edir. Günümüzdə səs izolyasiyası iş şəraitində xüsusilə sıx ofislər üçün böyük problem ola bilir.

Boston Universitetinin alimləri bi

Bakıda Beynəlxalq Elektron Ticarət Forumu keçiriləcək

Chip.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Forum regionda elektron ticarətin inkişafı üçün tövsiyələrin nəzərdən keçi

Şotlandiyada küləkdən əldə olunan enerji ölkəni təmin edir

Şotlandiyadakı külək turbinlərinin çoxluğu məlum olsa da nə qədər elektrik istehsal edildiyi barədə dəqiq bir məlumat yox idi.