Huawei qatlana bilən telefonlara investisiya yatırmaqda davam edir

  • 18 İyun 2019

Huawei Mate X qatlanan telefonunu gecikdirərkən, Samsung kimi bir fiyasko ilə qarşılaşmaq istəmir.

Chip.az xəbər verir ki, bu məqsədlə işləyən Çin nəhənginin Ar-Ge bölməsi qatlana bilən telefonlar üçün yeniliklər edilməsi məqsədi ilə yeni patentlər aldı.

Yeni verilən patent ərizəsində telefonun qatlanan zaman kənarlarını əhatə edən lay ilə iki qatlı qorunmaya sahib olduğu göründü. LetsGoDigitalın paylaşılmağa izn verdiyi patent görüntüləri Huaweinin gələcək qatlana bilən telefonlarının necə işləyəcəyini açıq şəkildə ortaya qoyur.

Mate X kimi təqdim olunacaq cihaz şirkətin Samsunga qarşı daha səmərəli bir həll tapdığını sübut edə bilər. Önümüzdəki dövrlərdə qatlanan telefon bazarında ciddi bir fəaliyyət gözlənilir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır