Joker filminin 18+ olacağı təsdiqləndi

  • 17 İyun 2019
  • 148

Warner Bros DC kainatını kinoda da canlandırmaq üçün çalışmalarını davam etdirir.

Chip.az xəbər verir ki, şirkət Jarde Letonun ümumiyyətlə xəyal qırıqlığı ilə qarşılaşan Joker şərhindən sonra xarakterin nüfuzunu bərpa etmək üçün fərqli bir film üzərində işə başladı.

Bazar günü Instagramda filmin kamera arxasından bir post paylaşan Phillips, sual atəşinə tutuldu. Filmin hansı kateqoriyaya daxil olacağını soruşan bir istifadəçiyə cavab verən rejissor filmin böyüklər üçün olacağını bildirib.

Sual: "MPAA (Motion Picture Association of America) dərəcəsi?

Todd Phillips: @thegabrielscott R rated 18+ olacaq. Bu sual mənə çox verildi. Hər kəsin bildiyini düşünürdüm.

MPAA filmləri tamamlanana qədər qiymətləndirilmir. Joker filminin də bu baxımdan rəsmi reytinqi yoxdur. Bu səbəbdən Phillipsin şərhi filmin dərəcəsindən çox məqsədini ortaya qoyur.

Təqdim olunacaq yeni Joker filmində əfsanəvi xarakterin mənşəyini, daha doğrusu, mənşəyi ilə bağlı əlaqəli hekayəni öyrənəcəyik. Filmdə uğursuz bir komediya personajı olan Artur Fleckin necə dəli olacağını addım-addım izləmək mümkün olacaq. Joaquin Phoenixin canlandıracağı xarakteri onun ağlının həsaslığını və qaranlığını göstərəcək.

Joker oktyabrın 4-dən etibarən kinoteatrlarda nümayiş olunacaq.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

“Huawei” smartfonlar üçün yeni nəsil akkumulyator batareyası təqdim edib

Yeni tip batareya ilə təchiz edilən elektron qurğular enerjini daha tez toplayacaq.
Chip.az“

Məşhur tozsoran şirkəti avtomobil istehsalına hazırlaşır

Chip.az xəbər verir ki, ilk olaraq  2016-cı ildə elektrik enerjisi ilə çalışacaq avtomobillər haqqında yayılan məlumatlar 2017-ci ildə öz təsdiqini tapdı. Beləl

Dünyada ən çox izlənilən 10 YouTube kanal

Chip.az xəbər verir ki, sosial media statistikalarını və təhlilini aparan xüsusilə də “YouTube”u izləyən “Social Blade” şəbəkəsi “YouTube” kanalların

Tesla digərlərindən 21 qat güclü olan çip istifadəyə verdi

Chip.az xəbər verir ki, 2018-ci ilin son rübündə Elon Musk tərəfindən elan olunan ancaq inandırıcı görünməyən çiplərin təqdimatı tamamlandı. Elon Muskun söz