Gramotkin Çernobıl filmindən gileyləndi

  • 17 İyun 2019

Gramotkin 1988-ci ildə Çernobıl nüvə stansiyasında işə başlamış və ümumi 30 ilini Çernobıl üçünn həsr etmişdir.

Chip.az xəbər verir ki, 2005 və 2018-ci illər arasında nüvə elektrik stansiyasının direktoru olan Gramotkin, Rusiya 24 televiziyasına verdiyi açıqlamada Çernobıl seriyalını tarixi faktları təkzib etməkdə ittiham edib.

Seriyalda bir çox təkzib ünsürünün olduğunu qeyd edən Gramotkin ən çox əsəbləşdiyi və  təəcübləndiyi səhnələrin filmdəki kilit xarakterlərinin davamlı olaraq içmələri və əllərində vodka bardaqları ilə gəzməsi olduğunu vurğulayıb.

“Təhlükəsizliyin təmin olunması ilə bağlı beynəlxalq və önəmli qərarlar sərxoş olarkən verilirdimi? Nə etdiyinizi düşünürsünüz? Bu cür hadisələri necə ekranlaşdıra bilirsiniz?”

Gramotkin tunel qazan çılpaq işçilər səhnələrinə də olduqca qəzəbləndiyini ifadə edib. Həmin dövrdə iş şəraitinin həqiqətən dözülməz olduğunu etiraf edən Gramotkin vəziyyəti bu şəkildə göstərməyin düzgün olmadığını söyləyib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır