Dünyanın ən böyük təyyarəsi satışa çıxarılıb

  • 17 İyun 2019
  • 372

Amerikalı iş adamı, investor, araşdırmaçı və ən başlıcası Microsoftun qurucu ortağı olan Paul Gardner Allen və həyat yoldaşı Jody Allenin Vaşinqtonda yerləşən Vulcan şirkəti  əhəmiyyətli bir açıqlama verib.

Chip.az xəbər verir ki, Paul Allenin keçən il ölümü səbəbiylə Vulcan şirkətin dünyanın ən böyük təyyarəsi Stratolaunchu satışa çıxardı.

Təyyarənin 400 milyon dollara satılması faktı bəzi insanların qiymətin niyə bu qədər yüksək olduğunu düçündürə bilər. Vulcan bildirib ki, qiymətə yalnız təyyarə deyil eləcə də təyyarənin intellektual mülkiyyəti və təyyarə ilə bağlı bütün imkanlar daxildir. Dünyanın ən böyük təyyarəsi olan  Stratolaunch təxminən 117 metr (futbol sahəsi 103 metr) olan bir qanadla gücünü  Boeing 747 model təyyarəsində də 6 mühərrikdən alır.

Vulcan:

"Stratolaunch əməliyyat sistemində fəaliyyət göstərməyə davam edir və proseslə bağlı hər hansı irəliləyiş olarsa yeniləməni sizinlə bölüşəcəyik" Əməliyyatları vaxtında azaldılmış Stratolaunch tədricən aradan qaldırılır.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır