Cellebrite telefon kilidlərini qıra biləcəyini iddia edir

  • 17 İyun 2019

Cellebritenin UFED Premium adlı proqramı kilidlənmiş iOS və Android cihazlarından məlumat ala və təhlükəsizliyi təmin edən hüquq mühafizə orqanları ilə paylaşa bilər.

Chip.az xəbər verir ki, UFED Premium adlı proqram şirkət daxili vasitə olaraq satılacaq və bu da polisin onu satın alıb istifadə edəcəyi anlama gəlir.

UFED Premium proqram saytında, Cellebrite sistemin polisin üçüncü tərəfin tətbiq məlumatlarına, söhbətlərinə, saxlanılan e-poçtlara və əlavələrə, silinən məzmunlara və daha çox məlumat əldə etməyə icazə verəcəyini bilidirb. Şirkət həmçinin iOS 7 və iOS 12.3 versiyaları arasında çalışan bütün Samsung, Huawei, LG, Motorola və Xiaomi, iPhone və iPadlərdə işləyəcəklərini açıqlayıb.

Başqa heç bir dövlət iOS və Android cihazlarının belə geniş şəkildə kilidini açma gücünə sahib deyil. Olsa belə ictimaiyyətə məlumat verilmir. Cellebrite dövlətlə əlaqələri gizli saxlanılsa da indi UFED Premium proqramı ilə öyünməkdən çəkinmir.

Cellebritenin FBInın 2015-ci ilin dekabr ayında baş verən cinayətin qatillərindən biri olan Syed Rizwan Farooka məxsus olan iPhone 5C-nin kilidini açmaq üçün kömək istənildiyi şirkət olduğu ehtimal olunur. Səlahiyyətli şəxslər o zaman Apple mobil əməliyyat sisteminin təhlükəsizliyini qorumaq məqsədi ilə bu təklifini rədd etmişdi. FBI bundan sonra Cellebriteden kömək istədi.

Apple parol hakerləriylə ciddi bir şəkildə mübarizə aparır. GrayKey adlı şifrə qırıcının çalışmasını iOS 12də həyata keçirdikləri dəyişikliklərlə önlədilər. Bununla belə UFED Premium iOS 7-dən iOS 12.3-ə qədər bütün versiyalarda işləyə bilər. Bu cür şifre hakerlərindən qorunmaq üçün telefonunuzu ən son versiyasında saxlamağınız məsləhətdir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır