Ruslar Elon Muskun reklam kompaniyasını lağa qoydular

  • 17 İyun 2019

Rus alimləri SpaceX CEOsu Elon Muskun 2018-ci ildə bir tesla vasitəsinin kosmosa göndərməsiylə zarafat etmək üçün qırmızı avtomobillərini kosmosa göndərdilər.

Chip.az xəbər verir ki, diqqət çəkən məqam o idi ki, bu avtomobil  oyuncaq maşını idi. 2018-ci ilin fevralında Spacex, Tesla Roadsteru Falcon Heavy ilə kosmosa göndərmişdi.

Muskun bu hərəkətinə cavab olaraq Rusiyanın Tomsk Dövlət Universiteti kosmosa Dmitri Rogozinə məxsus bir oyuncaq maşını göndərdi. Dimitri Rogozin Rusiyanın Roscosmos kosmik agentliyinin baş direktorudur. Rogozin Twitterdə tez-tez paylaşımları ilə ajotaj yaradan Elon Musk ilə rəqabət aparır. Hətta kosmosa göndərilən oyuncaq avtomobilin sürücü kreslosunda gülümsəyən fotoşəkil də çəkmişdi.

Lakin Tesla avtomobilinin fərqli olaraq bu oyuncaq avtomobil Yer səthindən 2,000 km yuxarı qalxdıqdan sonra geri döndü. Rusiyanın Musku hədəf alan bu uçuşu Rogozinin təkrar istifadə edilə bilən raketlərlə bağlı yardım almaq üçün Muskdan kömək istəməyəcəyini açıqladıqdan bir neçə ay sonra gerçəkləşdi.

Rogozin hələ Muskla tanış olmasa da, SpaceX CEOsunun Twitter-dəki məqalələrinə tez-tez cavab verir. Rogozin kiçik milyaderlə əgər Rusiyaya xüsusi səfərə gəldiyi təqdirdə görüşüb tanış olmaqdan məmnun olacağını dilə gətirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır