Huawei telefonlarında reklamlardan necə qurtulmaq olar?

  • 15 İyun 2019

Bu yaxınlarda Huawei və Honor bir çox hökumət, xüsusilə də ABŞ hökuməti tərəfindən hədəflənir və çox çətin bir proses keçirir.

Chip.az xəbər verir ki, bu yetmədiyi kimi  Huawei indi Android örtmə modeli olan MIUI və EMUI modellərində müxtəlif interfeyslərə reklamlar əlavə edib. Şirkətin məqsədi bu reklamlar vasitəsilə əlavə qazanc əldə etməkdir.

Biz pulsuz xidmətlərdə reklam ilə gəlir əldə edilməsi modelinə alışsaq da pulunu ödədiyimiz bir cihazın davamlı olaraq reklam göstərilməsi  gözəl bir fikir deyil. Belə ki, reklamlardan xilas olmaq istəyən bir çox insanlar var. Yəni reklamları necə bağlaya bilərik?

Huawei və Honor smartfonlarında reklamlardan xilas olmaq həqiqətən çox sadədir :

Ayarlara daxil olun.

Kilid ekranı divar kağızını dəyişdirin. (Sistemdək stok  şəkillərdən biri olmasın)

Sadəcə bunu etmək kifayətdir. Arxa plan rəsmini dəyişdirmək istəmirsinizsə, "Magazine Unlock" funksiyasının aktivliyini aradan qaldırın.

Nəticədə reklamlar arxa fon şəkillərinə uyğun şəkildə yayımlanır. Öz divar kağızınızı qoyduğunuzda sistem bu divar kağızına görə reklam istehsal edə bilməz. Beləliklə reklamlardan qurtulursunuz.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır