Alimlər qan qrupunu dəyişdirməyə nail oldular

  • 14 İyun 2019
  • 301

Qana olan ehtiyac bütün dünyada aktual olan problemdir.

Chip.az xəbər verir ki, dünya miqyasında illik 55 milyon litr qan bağışlansa da bu ehtiyacları tam olaraq ödəmir. Əslində araşdırmalar 80 kq bir şəxsin vücudunda ortalama 6 litr qan olduğunu göstərir. Bu da 55 milyon litr qanın ən azından ehtiyac durumunda kifayət edə biləcəyini göstərir. Amma təəssüf ki, bu doğru deyil. Çünki dünyada qan qruplarının yayılması eyni dərəcədə deyil. Məsələn; Dünyada yaşayan insanların əksəriyyəti 0 Rh müsbət qan qrupuna sahibdir. Statistik rəqəmlər baxımdan hər 100 nəfərdən 40-ı sözü gedən qan qrupunun daşıyıcısıdır. Hər 200 nəfərdən yalnız birində AB Rh mənfi qan qrupu var.

Alimlər həmçinin bu fərqliliklərdən dolayı ehtiyacları qarşılamaq üçün qan qruplarının növlərinin dəyişdirilməsi üçün prosedurun necə aparılacağı barədə bir araşdırma aparıblar. Kanadalı British Columbia Universitetində çalışan tədqiqatçılar A qan qrupunu 0 qan qrupuna çevirə biləcək yeni bir metod aşkar edib.

0 qan qrupu növündən asılı olmayaraq müsbət qanla olan bütün insanlara verilə bilər. Dünyada geniş yayılmış olduğundan, qan qrupuna universal qan qrupu deyilir. Qan qruplarının ayrılmasına imkan verən heç bir antigen növü olmadığından, qan qrupu bir çox insana köçürülə bilər. Bu transplantasiyadan sonra vücud eksik olan antijeni istehsal edərək həyatın adi halda davam etməsini təmin edir. Ancaq B qan qrupunda olan bir şəxsə A qan qrupu köçürüldükdə bu ölümcül nəticələrə səbəb ola bilər. Bunun səbəbi bədən aid olmayan qan qrupundakı zülalları düşmən olaraq görür və onlara qarşı müabrizə aparır.

Tədqiqatçı Peter Rahfeld, qan qruplarının bir-birinə çevirmək üçün bəzi fermentlərin istifadə edilə biləcəyini irəli sürdü. Araşdırmalar nəticəsində A qrupu 0 qan qrupuna çevrildi. Bu transformasiya zamanı insanlarda bağırsaqda olan bir bakterial ferment istifadə edilmişdir. Bu fermentlər qan qrupunda olan zülalları ayırdılar. A tipli qana yeridilən edilən fermentlər gözlənilən nəticəni verdi. A proteinlərini ayırmaqda müvəffəq olan fermentlər əslində 0 qan qrupunun formalaşması təmin edirdi.

Bu kəşf dünya səviyyəsində qan ehtiyaclarının ödənməsi üçün bu üsuldan istifadə edilə biləcəyini sübut etdi. Mövzu ilə bağlı açıqlama verən Rəhfeld, araşdırmaların davam edəcəyini, lakin bu üsuldan istifadə etməyin uzun müddət alacağı qeyd olunub. Bu üsulun yayılması yaxın dövrlərdə qan qüsurları səbəbindən ölümlərin qarşısını ala bilər.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

Huawei Mate 20 Pro ağıllı kamera və maraqlı bir çərçivəylə gələ bilər!

Ancaq kamera təminatı baxımından Mate 20 seriyasının P20 seriyasının qarşısında olması mümkün görünür. Sualtı rejimi, süni zəka dəstəkli yaxınlaşdırma (AI Zoom) kimi xüs

Huawei, Honor Magic 2 modelini tanıtdı

Son dövrdə başlayan kampaniyasının bəzi təbəqələr tərəfindən bəyənilməməsini dəyərləndirən Honor, Magic 2 ilə fərqli  təcrübə verir. Magic 2 modeli  bütöv ekran diza

İnternetə çıxışı olmayan telefonların satış həcmi yüksəlib

Chip.az “sky.com” saytına istinadən xəbər verir ki, yalnız zəng edən və zəngləri qəbul edən mobil telefonların satış həcmi ilk dəfə ötən il

Xiaomi Redmi Nota 6 Pro xüsusiyyətləri təsdiqləndi!

Bu gün keçirilən ağrıyla birlikdə Xiaomi İnkarmı Nota 6 Pro xüsusiyyətləri təsdiqləndi. Redmi 5 seriyasını Dekabr 2017de bazara sürən Xiaomi yeni seriyası üçün sürət kəsm

Qanunsuz yolla ölkəyə mobil telefon gətirilməsinin qarşısı alınıb

Chip.az DGK-ya istinadən xəbər verir ki, idarənin Sınıq Körpü gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "QAZ-3110" markalı