Huawei kilit ekranında reklamlar təqdim etməyə başladı

  • 14 İyun 2019

Huawei ABŞ ilə mübarizə apardığı bir vaxtda yeni qərarı ilə istifadəçilərini məyus etdi.

Chip.az xəbər verir ki, bəzi istifadəçilərin məlumatına görə bəzi Huawei telefonlarının kilidlənmə ekranında Booking.com reklamı görülməyə başlanıb.

Təbii ki, bu proses olduqca diqqət cəlb etdi. Sözü gedən reklama P30 Pro, P20, P20 Lite, Honor 10 və P20 Pro modellərində rast gəlmək mümkündür. Telefonda əvvəlcədən quraşdırılmış mənzərə divar kağızlarını istifadə edən cihaz sahiblərinə həmin reklam göstərilir. Bu divar kağızlarını istifadə edən insanlar sosial mediayadan öz reaksiyalarını bildiriblər.

Reklamı görmək istəməyən istifadəçilər üçün yeganə çıxış yolu reklamın aid olduğu divar kağızlarından istifadə etməməkdir. Reklamlardan xilas olmağın bir yol tətbiq olunsa belə, Huawei istifadəçilərin reaksiyasından qurtulmayacaq.

İstənilən halda reklamın nümayiş olunmasının müəyyən sərhədi olmalıdır. Kilid ekranı reklamın  insanlara daha çox çatmasını təmin etsə də görünən odur ki, bu istifadəçilər tərəfindən heç də yaxşı qarşılanmayıb.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır