Xiaomi Mi CC9e-nin özəllikləri təqdim olundu

  • 14 İyun 2019
  • 394

Qiymət və performans baxımından son dərəcə faydalı olan telefonlar bazara təqdim edən Xiaomi smartfon sektorunda hər keçən gün daha çox bazar payı qazanmağa davam edir.

Chip.az xəbər verir ki, bu gün Çinin sosial media platforması Weiboda ortaya çıxan bəzi məlumatlara görə, Xiaomi Mi CC9e model adı ilə bir smartfon üzərində çalışır.

M1904F3BC smartfonunun özəllikləri təqdim olundu. 6.3 düymlü HD + IPS LCD ekranı olan Mi CC9e arxa tərəfində yerləşən 3D dizaynlı şüşəyə malikdir. Qualcomm Snapdragon 710 və ya 712 çiplə təchiz edilmiş smartfonda 32 MP ön kamera işləyəcək.

Xiaominin yeni orta səviyyəli smartfonunun arxa tərəfində 48 MP, 8 MP və 13 MP kamera olmaqla cəmi 3 ədəd kamera modulunun mövcud olacağı cihazda 3,300 mAh batareya yer alcaq. Cihazın tarixi və qiyməti barədə hələki heç bir məlumat verilmir.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır