Azərbaycanlı rejissorun filmi Amerikada: Kiyamet deneyi

  • 14 İyun 2019
  • 516

“Aporia Kiyamet deneyi” filminin təqdimat mərasimi keçiriləcək.

Chip.az xəbər verir ki, Azərbaycanlı rejisor və ssenarist Rec Rəvanın müəllifi olduğu “Aporia” 12 iyuldan Türkiyədə, sentyabrdan Amerikada, noyabrdan etibarən isə Azərbaycan və Avropada nümayiş ediləcək. Qorxu janrında ekranlaşdırılan “Aporia” Hollywood filmlərini xatırladır. Azərbaycanlı aktyorların yer aldığı filmin çəkilişləri elə Azərbaycanda (Şəki şəhərində) həyata keçirilib. Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Taleh Urfansoy və digər simalar filmdə yer alıb.

Film bir qrup qəsəbə sakinlərinin naməlum şəxslər tərəfindən əsir alınaraq dəhşətli işgəncələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Üzərində təcrübələr aparılan insanlar dağın başına aparılaraq güllələnir. Əsas hadisələr də elə bundan sonra başlayır.

Filmin istesalçılarının dediklərinə görə film yaxın zamanda MDB ölkələrində də nümayiş etdiriləcək:

“Rusiya, Gürcüstan, İran kimi ölkələrin film paylayıcı şirkətlərindən təkliflər almışıq, hazırda fikirləşirik. Bu sahədə dünyaca məşhur olan şirkətlər “Netfilixs” və “Amazon” ilə patnyorumuz “BDAmerika” danışıqlar aparır”.

Qeyd edək ki, filmi “BDAmerika”, “Sultansoy”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.

Filmin görüntülərini aşağıdakı linkdən izləyə bilərsiniz

https://bit.ly/2RjBCJZ

Aida İSAQ

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır