WhatsApp toplu mesaj göndərənləri məhkəməyə verəcək

  • 14 İyun 2019

2009-cu ildə qurulan və dünyanın ən məşhur mesajlaşma proqramlarından birinə çevrilən tətbiq 2014-ci ildə sosial media nəhəngi Facebook tərəfindən satın alındı.

Chip.az xəbər verir ki, son məlumatlara görə Facebook WhatsApp adının yalan xəbərlərlə çox yan-yana gəlməməsi üçün eyni mesajı toplu şəkildə çox adama göndərən istifadəçiləri məhkəməyə verəcək.

Bundan əvvəl şirkətə öz siyasətlərini hər hansı şəkildə pozan istifadəçiləri qadağan etmə haqqı verilmişdi. Lakin əvvəllər insanların o xəbərə güvənərək ona uyğun hərəkət etdiyi müşahidə edilmişdir. Bir araşdırmaya görə istifadəçilərin R’sinin xəbərləri WhatsApp vasitəsilə aldığı ortaya çıxmışdı. Tətbiq üzərindən  paylaşılan məzmunlar isə cinayətlərə, və üsyanlara səbəb olmuşdu.

Bu kimi hadisələrin qarşısını almaq istəyən WhatsApp 7 dekabr 2019-cu il tarixindən etibarən çoxlu mesaj göndərən hər kəsi məhkəməyə vermək hüququna sahib olacaq. Tətbiqin yeganə məqsədi fərdlərrarası ünsiyyəti sürətləndirmək olduğunu qeyd edən şirkət hər hansı bir istənməyən davranışın xoş görünməyəcəyini də bildirib.

WhatsAppın rəsmi səhifələrindən birində isə bu şəkildə açıqlama verilib:

(...) Əlavə olaraq 7 dekabr 2019-cu ildən başlayaraq WhatsApp avtomatik və ya toplu mesajlaşmalarda xidmət şərtlərini pozan və ya istismar edənlərə qarşı qanuni tədbirlər görəcək. Məsələn, platforma WhatsApp  şərtlərini pozan istifadə səlahiyyətləri ilə bağlı haqq iddialarını tələb edir.Bu maddə bizə bildirir ki, sözü gedən proses 7 dekabr 2019-cu il tarixindən sonra da davam edərsə və ya həmin tarixdən əvvəl başqa bir platformada da sui-istifadə halları sübuta yetirildiyi təqdirdə həmin şirkətlərə qarşı qanuni tədbirlər görüləcək "

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər