Sosial medianın həyatımızın bir hissəsinə çevrildiyi bir zamanda xüsusilə sürücülər bir tərəfdən musiqi dinləmək eyni zamanda xəbərlərdən geri qalmamaq üçün avtomobillərində radioya qulaq asırlar.
Chip.az xəbər verir ki, Spotify yeni bir pleylist əlavə edərək, köhnə zamanları xatırladan yenilik etdi. "Your Daily Drive"adlı pleylist Spotifydə eşitdiyiniz mahnıları bir araya gətirməklə yanaşı, bir neçə mahnı haqqında müasir xəbərləri də sizlərə təqdim edir. Spotify də playlist gün ərzində yenilənəcək və yeni mahnılar təklif edəcək.
Apple Music və Spotify arasında davam edən şirin rəqabətdən istifadəçilər faydalanmağa davam edir. Xüsusilə, şirkətlərin seçilmək üçün daha çox musiqini sərfəli qiymətdə abunə sistemi ilə istifadəçilərə təklif etməyə çalışması milyonlarla musiqi parçalarını əldə etməyə imkan verir.
Aida İSAQ