Youtube-yə yeni rəqib gəlir

  • 13 İyun 2019
  • 478

Online video yayımı deyiləndə ağıla ilk olaraq YouTubenin gəldiyini söyləyə bilərik. Google digər şirkətlərin alternativi olmadığı üçün ümumilikdə YouTubedən şantaj vasitəsi kimi dəistifadə edə bilər.

Chip.az xəbər verir ki, sosial media nəhəngi Facebook platformadakı yeni videoları tapmaq niyyəti ilə keçən il Facebook Watchı yayımlamışdı. Şirkətin açıqlamalarına görə Facebook Watch 720 milyondan çox istifadəçi sayına sahibdir. Bu olduqca yaxşı bir başlanğıc olsa da, YouTubedə bu say ayda 1,9 milyard istifadəçiyə bərabərdir.

YouTubeu geridə qoymağı hədəfləyən şirkət Facebook Watcha xüsusi məzmunu gətirmək üçü investisiya yatırır. Bundan əlavə, Facebookun müxtəlif yayımçılar və istehsalçılar ilə işləmək istədiyi bildirilir. Qlobal tərəfdaşlıqları nəzərə alan Facebook platformasında müxtəliflik yaratmaq axtarışındadır. Hazırki durumda sözü gedən platformalar arasında iki dəfədən çox izləyici fərqi olsa da Facebook bir neçə il ərzində bu boşluğu doldurmağı düşünür. Əlbəttə ki, bunların hamısı hələki ehtimal xarakterli proqnozlar olduğundan, gələcəkdə rəqabətin necə inkişaf edəcəyini birlikdə görəcəyik.

 Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır