Huawei şirkəti Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıqda maraqlıdır

  • 13 İyun 2019
  • 158

Çinin “Huawei” şirkəti Dövlət Gömrük Komitəsi (DGK) ilə əməkdaşlıqda maraqlıdır.

Chip.az xəbər verir ki, komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, iyunun 12-də Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının (ÜGT) İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfransı və Sərgisi çərçivəsində DGK sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev “Huawei” şirkətinin Qlobal Hökumət işləri üzrə vitse-prezidenti Steven Şenqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə S.Mehdiyev Azərbaycan gömrük sistemində aparılan son islahatlar, xüsusilə informasiya texnologiyaların tətbiqi ilə bağlı məlumat verib. Bildirib ki, Azərbaycan gömrük xidməti müasir texnologiyalar, gömrük nəzarəti prosesində tətbiq edilən ən yeni texniki vasitələrdən istifadə edir.

Azərbaycan gömrüyünün qısa zamanda blokçeyn texnologiyalarının tətbiqinə başlayacağını bildirən komitə sədri bu istiqamətdə dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığa önəm verildiyini vurğulayıb.

S.Mehdiyev Dövlət Gömrük Komitəsinin 2 il ərzində ÜGT-nin Avropa Regionuna rəhbərlik edəcəyini, bu missiyanı yerinə yetirərkən prioritet istiqamətlərdən birinin də blokçeyn texnologiyalarının gömrük sistemində tətbiqi olacağını qeyd edib. O, “Huawei” şirkəti ilə bu görüşün IT texnologiyalarının gömrük sahəsindəki tətbiqinə mühüm şərait yaradacağına ümidvar olduğunu da vurğulayıb.

“Huawei” şirkətinin təmsilçisi S.Şenq rəhbərlik etdiyi şirkət haqqında ətraflı məlumat verərək şirkətinin hədəfləri, gələcək məqsədləri barədə danışıb.

Blokçeyn texnologiyalarının, eyni zamanda, süni intellektin tətbiqi ilə bağlı şirkətin gördüyü işlər haqqında məlumat verən S.Şenq Azərbaycan gömrük xidməti ilə əməkdaşlıqdan məmnun olacaqlarını bildirib. Şirkət nümayəndəsi Dövlət Gömrük Komitəsinin IT texnologiyaları sahəsində qazandığı nailiyyətləri yüksək qiymətləndirdiyini də qeyd edib.

Chip.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Bu servis FaceApp-ı geridə qoydu

''MIT-IBM Watson” süni intellekt laboratoriyasından olan Mauro Martino və Milan Politexnik İnstitundan Luka Stornayolo “AI Portraits” neyroşəbəkəsini adi fotoları İn

Facebook qadağan olduğu ölkədə mərkəz yaradır

Facebook, qadağan olduğu Çində, internet və texnologiya sahəsində yeni ideya və təşəbbüsləri dəstəkləmək üçün "innovasiya kürt mərkəzi" yaradacağını bildirib.
İctim

Whatsappta bu mesajı bölüşməyin! (Telefonların dağılmasına səbəb olur)

İOS 11.3 variantında kəşf edilən bir səhv, istifadəçilərin telefonlarının dağılmasına səbəb olur.

Sosial media nəhəngi Facebookun tərkibində olan populyar mesajlaşma t

Android 9 Pie, yaxında Dualshock 4 dəstəyini təqdim edəcək

Playstation 4ün ixtiyarında Dualshock 4 artıq Android 9 Pie tərəfindən də dəstəklənəcək. Playstation 4, bazardakı ən populyar oyun konsoludur. 

Dualshock 4ü Android-də is

“Android” sisteminin hansı versiyası daha çox tanınır?

“Google” şirkəti “Android” mobil əməliyyat sisteminin müxtəlif versiyalarının populyarlığını xarakterizə edən yeni statistika dərc edib. “Oreo” versiyasının baz