Google reklam əngəlləyənlərlə bağlı açıqlama verib

  • 13 İyun 2019

Google blog yazısında reklam əngəlləyiciləri haqqında açıqlama verib.

Şərh şirkətin Chrome brauzerində uzantıları inkişaf etdirmək planına yönələn tənqidinə cavab olaraq qəbul edilə bilər.

Chip.az xəbər verir ki, Google Security Blogunda paylaşılan yazıda Devlin Cronin  “Reklam əngəlləyicilərinin inkişaf etməsinə və ya reklamların qarşısını almaq istəyən istifadəçilərə müdaxilə etmirik. Bunun əvəzinə, məzmun əngəlləyiciləri daxil olmaqla yayımçılara istifadəçilərin gizliliyini qoruyacaq şəkildə məzmun yazmalarına kömək etmək istəyirik” deyə bildirib.

Oktyabr ayında, Google Chrome genişləndirmələrini təkmilləşdirmək üçün böyük bir plan elanını təqdim etdi. Yanvar ayında yayımçılar Manifest v3 adlı planın bir hissəsinin reklam əngəlləyicilərinə zərər verə biləcəyini anladılar. Manifest v3, Chrome uzantılarının performansını, gizliliyini və təhlükəsizliyini yaxşılaşdırmaq üçün nəzərdə tutulmuşdur, lakin bu dəyişikliklərin bəziləri uzantıların veb saytların hansı xüsusiyyətlərini  idarə edə biləcəyini məhdudlaşdırır. Bəzi şəxslər bunun reklam əngəlləmə və gizlilik uzantılarını dəstəkləyəcəyini bildirib.

Simeon Vinsent

“Bu dəyişikliklər reklam əngəlləyicilərinə müdaxilə etmək və ya zəiflətmək üçün nəzərdə tutulan spekülasyonlar da daxil olmaqla anlaşılmazlıq yaratdı. Amma bu dəqiq elə deyil"

Müzakirənin bir hissəsi bəzi əsaslarla bağlı narahatlıqla əlaqəlidir. Reklam əngəlləyicilərinin nə göstərilməsinə qərar verdiyi prinsiplərə dəyişiklik edilmişdi. Chromenin mövcud versiyası bu təlimatların çoxunu dəstəkləyir. Məsələn, bir reklam əngəlləyicisi istənilən veb-saytdakı məzmunların çox uzun bir reklamla əlaqəli internet ünvanları siyahısından gəlib-gəlmədiyini yoxlaya bilər. Yeni planla buna 30 minə yaxın məhdudiyyət tətbiq olunmuşdu.

Google bu məhdudiyyəti hazırda bu sərhədi  ən çox 150 minə çıxardacağını qeyd edib. Şirkət keçən ay korporativ istifadəçilər üçün istisna planın hazırlandığını  vurğulayıb.

Google hazırda Manifest v3ün hələki inkişaf mərhələsində olduğunu və yayımçılar ilə birgə işlərin davam etdiriləcəyini bildirib.

Aida İSAQ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır